Sual: 239. Həzrət Əli (ə) imam Mehdinin (ə) qeyb dövrünə işarə etmişdirmi?
Cavab: Bəli, bir çox rəvayətlərdə belə bir xəbərlə rastlaşırıq. Məsələn, Şeyx Səduq Əmirəl-mömininin (ə) özünə istinadən nəql edir: “Bizdən olan qaim üçün qeyb dövrü var. Onun (qeybin) müddəti uzun olacaq. Şiəni otlaq gəzən, amma tapa bilməyən çaşqın qoyunlar kimi görürəm. Agah olun! Həmin vaxt hər kəs öz dinində sabitqədəm olsa, qeybin uzunluğu onun qəlbini bərkitməsə, o, qiyamət günü mənimlədir və mənim mərtəbəmdədir.”3 Sual: 240. İmam Həsən (ə) imam Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?
Cavab: Şeyx Səduq nəql edir ki, imam Həsən (ə) Müaviyə ilə sülhdən və bəzilərinin ona qarşı etirazından sonra buyurdu: “Vay olsun sizə! Bilirsinizmi mən nə etdim? And olsun Allaha, mənim gördüyüm bu iş şiələr üçün günəşin tülu və qürubundan üstündür. Məgər bilmirsiniz ki, mən sizin imamınızam və mənə itaət etməyiniz vacibdir? Məgər mən peyğəmbərin buyurduğu kimi behişt əhli cavanlarının iki ağasından biri deyiləmmi? Bilmirsinizmi ki, Xızır gəmini deşdiyi, divarı uçurduğu vaxt həzrət Musa bu işlərin hikmətini bilmədiyindən qəzəbləndi? Əslində isə bu işlərin Allah yanında savabı vardı. Bilmirsinizmi ki, hər birimiz dövrümüzün zalım hakiminə beyət etmişik? Yalnız arxasında İsanın namaz qılacağı qaim belə deyil. Allah-tәala onun dünyaya gəlişini gizlədəcək, qiyamınadək kimsəyə beyət etməsin deyə, onu qeybdə saxlayacaq. O, qardaşımın 9-cu övladı, ən üstün qadınlardan birinin оğludur. Allah qeyb dövründə onun ömrünü uzadacaq. Öz qüdrəti ilə onu 40 yaşından aşağı gənc surətində zahir edəcək. Qoy bilsinlər ki, Allah hər şeyə qadirdir.”1