Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 1,7 Mb.
səhifə221/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   217   218   219   220   221   222   223   224   ...   410

Səfirlər


Sual: 252. Həzrət Mehdinin (ə) ilk səfiri kim olub?

Cavab: İmam Mehdinin (ə) ilk səfiri Əbu-Əmr Osman ibn Səid Əmri olmuşdur. Bu şəxs tanınmamaq üçün yağ satmaqla məşğul olurdu. Tarixi mənbələrdə onun doğum və ölüm tarixləri göstərilmir. Əbu-Əmr yalnız imam Hadinin (ə) xüsusi vəkili olaraq tanıtdırılır.

Bu şəxs imam Hadinin (ə) şəhadətindən sonra imam Əsgərinin (ə) vəkili olmuşdur. İmam Əsgəri (ə) Əbu-Əmri müxtəlif münasibətlərlə tərif etmişdir. Həzrət onun haqqında buyurur: “Əbu-Əmr etibarlı şəxsdir, həm keçmişdəkilərin, həm də mənim inamımı qazanmışdır. Məndən sonra da belədir. Nə desə, məndəndir, nə çatdırsa, mənim tərəfimdəndir.”3

Əbu-Əmr imam Əsgərinin (ə) digər 40 şiəsi ilə birlikdə onun yanında olduqda həzrət oğlu Mehdini (ə) onlara göstərmiş, övladının imamət və qeybi haqqında məlumat vermişdir. Əbu-Əmrin vəkilliyi haqqında həzrət buyurur: “Osman nə desə, qəbul edin...”4

Hicri 260-cı ildə imam Əsgərinin (ə) şəhadəti zamanı Osman onun qüsl ayinində iştirak etmiş, bütün işləri öz üzərinə götürmüşdür.1

İmam Əsgərinin (ə) qüsl mərasimini Osmanın icra etməsi zalım hakimlərin diqqətini yayındırmaq məqsədi daşıya bilər. Çünki imamın qüslü və kəfənlənməsi o biri imamın öhdəsinədir. Osman ibn Səid imam Əsgərinin (ə) şəhadətindən sonra onun öncədən təsdiqi və həzrət Mehdinin (ə) razılığı ilə Qumlular Samirraya daxil olarkən həzrətin birinci səfiri təyin olundu. Həmin vaxtdan öz səfirlik vəzifəsini icra etdi. Dünyasını dəyişdiyi vaxt oğlu Əbu-Cəfər Məhəmməd ibn Osman onu dəfnə hazırlayıb Bağdadın qərbində torpağa tapşırdı.2

Osman ibn Səidin vəfatından sonra müqəddəs nahiyə tərəfindən yazılmış məktubda imam Mehdi (ə) Osmanın vəfatı ilə bağlı oğlu Məhəmmədə başsağlığı verdi və onu öz səfiri təyin etdi.3



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin