Sual: 254. İmam Mehdinin (ə) qeyb mövzusunun Osman ibn Səid tərəfindən uydurulması düzdürmü?
Cavab: Bəziləri deyirlər ki, qeyb mövzusu səhabələr, xüsusi ilə Osman ibn Səid tərəfindən uydurulmuşdur.
Hansı ki, imamın qeyb mövzusuna ilkin toxunan həzrət Peyğəmbər (s) olmuşdur. Sonra həzrət Əli (ə) və digər imamlar bu mövzunu təsdiqləmişlər. Onlar qeyb hadisəsi haqqında öncədən xəbər vermiş, xalqa bu barədə xəbərdarlıq etmişlər.
Həzrət Peyğəmbər (s) buyurur: “And olsun bizi müjdə üçün seçmiş Allaha! Mənim övladlarımın qaimi bağlanmış əhdə görə qeybə çəkilər. İnsanların çoxu deyər ki, Allahın Ali-Məhəmmədə (Məhəmməd ailəsinə) ehtiyacı qalmadı. Bəziləri də həzrətin dünyaya gəlişinə şəkk edər. Qeyb dövründə yaşayan insan dinini hifz etməlidir...”1
Əsbəğ ibn Nəbatə Əmirəl-möminindən (ə) belə nəql edir: “Agah olun ki, o cənab qeybə çəkilən vaxt nadan şəxs deyər: “Allahın Ali –Məhəmmədə ehtiyacı yoxdur.”2 İmam Sadiq (ə) buyurmuşdur: “İmamınızın qeybə çəkilməsi xəbərini eşitdikdə bunu inkar etməyin.”3
Həzrət Mehdinin (ə) qeyb mövzusu şiələr arasında o qədər məşhurdur ki, şairlər bu mövzuda şerlər yazmış, müəlliflər öz kitablarında bu mövzuya yer vermişlər. İmam Mehdinin (ə) mövludundan öncə onun qeybi haqqında yazan müəlliflərlə tanış olaq: Əli ibn Həsən ibn Məhəmməd Tai Tatiri (Musa ibn Cəfərin (ə) səhabəsi); Əli ibn Ömər Ərəc Kufi (Musa ibn Cəfərin (ə) səhabəsi); İbrahim ibn Saleh (Musa ibn Cəfərin (ə) səhabəsi); Həsən ibn Əli ibn Əbu-Həmzə (İmam Rizanın (ə) müasiri); Abbas ibn Hişam naşiri Əsəd (imam Rizanın (ə) səhabəsi); Əli ibn Həsən ibn Füzal (imam Hadi (ə) və imam Əsgərinin (ə) səhabəsi); Fəzl ibn Şazan Nişapuri (imam Hadi (ə) və imam Əsgərinin (ə) səhabəsi).4
Dostları ilə paylaş: |