Sual: 257. Həzrət Mehdinin (ə) dördüncü səfiri kim idi və onun hansı mövqeyi vardı?
Cavab: Dördüncü səfir Şeyx Cəlil Əbül-Həsən Əli ibn Məhəmməd Səməri idi. Onun doğum tarixi məlum deyil. Amma bu şəxs ilkin olaraq imam Əsgərinin səhabəsi kimi tanınmışdır.3 Bu şəxs Bağdadda Hüseyn ibn Ruh vasitəsi ilə həzrət Mehdi (ə) tərəfindən səfirliyə təyin olunmuşdu. Onun səfirliyi haqqında konkret bir məlumat yoxdur. Yalnız bunu demək olar ki, şiələr yekdil olaraq onun səfirliyini təsdiqləmişlər. Belə bir əminlik həzrət Mehdinin (ə) Hüseyn ibn Ruha göstərişindən yaranır. Səməri Hüseyn ibn Ruhun vəfatından sonra üç il fəaliyyət göstərmişdir. Bu şəxsin səfirliyinə heç bir şübhə olmasa da, o digər üç səfir qədər geniş fəaliyyət göstərməmişdir. Onun fəaliyyətindəki məhdudluq yaşadığı dövrün sıxıntıları ilə izah oluna bilər. Həmin dövrdə mövcud olan ideoloji və ictimai sıxıntılar Səməridən sonra səfirlik fəaliyyətinin dayanmasının və böyük qeybin səbəbi ola bilər. Səməri vəfatından bir neçə gün öncə imamdan kiçik qeyb dövrünün başa çatması ilə bağlı məlumat alır. İmam Səməriyə özündən sonra səfir təyin etməsini qadağan edir.1
Rəvayətçi deyir: Bu namədən altı gün sonra Əli ibn Məhəmmədin yanında olduq. Həyatının son anlarını yaşayan səfirdən növbəti səfir haqqında soruşduq. O, növbəti səfirin olmayacağını bildirib, dünya həyatı ilə vidalaşdı.