Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 1,7 Mb.
səhifə23/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   19   20   21   22   23   24   25   26   ...   410

Tətbiqi xilaskarlıq


Sual: 21. Tarix məqsədsizdirmi?

Cavab: Məşhur “Qərb mədəniyyətinin süqutu” əsərinin müəllifi alman mütəfəkkiri Osvald Spinqler tarixi canlı bir varlıq kimi fərz edir və onu periodik sayır. Onun nəzərincə, hər bir tarixi dövr min il çəkir. Bir dövrün ardınca onun yerini başqa bir dövr tutur.

Onun nəzərincə, tarixi gedişatda təkamül yoxdur və tarix bir-birinin ardınca gələn mədəniyyətlər məcmusudur. Bir mədəniyyətin qürubundan sonra o biri mədəniyyət tülu edir. Əslində onun baxışına əsasən dünya tarixi mədəniyyətlərin həyat və ölümünün tükənməyən yaranış və inkişafından bir təsvirdir.2

Uyğun nəzəriyyəyə belə bir sual ünvanlaya bilərik: Tarixin yeni dönəmi özündən əvvəlki dönəm kimidir, yoxsa yetkinlik baxımından fərqlənir?

Əgər hazırkı dönəm əvvəlki dönəmin eyni olsa, onu həmin dönəmin davamı saymaq olar. Belə ki, yeni bir dönəmdən danışmağa dəyməz. Bir dönəmi özündən əvvəlki dönəmdən nöqsanlı saymaq gerçəkliyə ziddir. Üçüncü hal hər bir dönəmin özündən əvvəlki dönəmdən kamil olmasıdır. Sual oluna bilər ki, bu kamillik həmin dönəmin özündən qaynaqlanır, yoxsa xarici amil var? Əgər bu kamillik onun daxilindən qaynaqlanırsa, tarixin təkamül nəzəriyyəsi düzgündür. Dönəmin inkişafı xarici amillərlə bağlıdırsa, bu materialist bir baxışdır.

Digər bir tərəfdən, haqqında danışılan nəzəriyyə xarici gerçəkliyə ziddir. Çünki bəşər həm mənəvi, həm də maddi baxımdan təkamüldədir. Hər bir əsr özündən əvvəlki əsrin təcrübələrindən faydalanır və onu inkişaf etdirərək irəli aparır.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin