Bismillahir-Rəhmanir-Rəhim


Sual: 263. Kimlər haqsız olaraq səfirlik iddiası etmişdir? Cavab



Yüklə 1,7 Mb.
səhifə232/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   228   229   230   231   232   233   234   235   ...   410
Sual: 263. Kimlər haqsız olaraq səfirlik iddiası etmişdir?

Cavab: Yalançı səfir iddiası ikinci səfir Məhəmməd ibn Osman Əmrinin dövrünə təsadüf edir. Çünki onun atası Osman ibn Səid çox tanınmışdı və kimsə onun dövründə yalan iddiaya cürət etmirdi.

Yalandan səfirlik iddiası edən ilk şəxs Əbu-Məhəmməd Şərii olmuşdur.1 Məhəmməd ibn Nəsir Nəmiri, Əhməd ibn Hilal Kərxi, Əbu-Tahir Məhəmməd ibn Əli ibn Bilal Bilali, Əbu-Bəkr Məhəmməd ibn Əhməd ibn Osman Bağdadi, İshaq Əhmər haqsız yerə özünü səfir kimi tanıtdırmaq istəyənlərdir.

Onlardan bəziləri əvvəllər saleh insan olmuşdur.

İkinci səfir uyğun cəhdlərlə ciddi mübarizə aparmışdır. O cümlədən, müqəddəs nahiyə tərəfindən yalan iddiaçılığa qarşı bəyanatlar verilmiş, yolunu azanlar lənətlənmişdir.

Üçüncü səfir Hüseyn ibn Ruhun səfirliyi dövründə bu sahədə vəziyyət daha da gərginləşmişdir. Həmin dövrdə Məhəmməd ibn Əli Şələmğani Qəzafəri adlı bir şəxsin səfirlik iddiasına düşməsi cəmiyyətdə böyük çaşqınlıq yaratmışdır.2 Şələmğani öncə mömin bir şəxs kimi Hüseyn ibn Ruhun vəkili olsa da, sonra yolunu azmışdır. Haqsız olaraq səfirlik iddiasına düşmüş son şəxs Əbu-Delf Katibdir. O, dördüncü səfir Səməri dünyasını dəyişənədək öz iddiasından əl çəkməmişdir.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin