Bismillahir-Rəhmanir-Rəhim


Sual: 281. Böyük qeyb dövründə müqəddəs nahiyə tərəfindən bəyanat verilmişdirmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə247/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   243   244   245   246   247   248   249   250   ...   410
Sual: 281. Böyük qeyb dövründə müqəddəs nahiyə tərəfindən bəyanat verilmişdirmi?

Cavab: Şeyx Təbərsi “Əl-ehticac” kitabında həzrət Mehdinin (ə) müqəddəs nahiyəsi tərəfindən Şeyx Müfid üçün göndərilmiş iki məktubdan danışır. Bu iki məktubda bəzi aşkar və bəzi rəmzi bildirişlər var.2

Bu məktublardan birincisi hicri 410-cu il, səfər ayının axırlarında, Şeyx Müfidin vəfatından 3 il öncə ona çatmışdır. İkinci məktub isə hicri 412-ci ildə, yəni Şeyx Müfidin vəfatından bir il öncə göndərilmişdir. Bu isə 4-cü səfir Əli ibn Məhəmməd Səmərinin vəfatından 80 il sonraya təsadüf edir. Xatırlayaq ki, hicri 329-cu ildə kiçik qeyb dövrü başa çatmışdır.

Birinci məktubu gətirən deyir: Bu məktub Hicaza bitişik bir məntəqədən gətirilmişdir.” Deyilənlərdən məlum olur ki, imam həmin vaxt Hicaz məntəqəsində sakin olmuş və bu məktubu yaxınlarından biri vasitəsi ilə Şeyx Müfidə göndərmişdir.

İkinci məktub hicri 412-ci ilin şəvval ayının əvvəlində Şeyx Müfidə göndərilmişdir. Həmin ilin zil-həccə ayının 23-də cümə axşamı günü şeyx həmin məktubu almışdır. Yəni qasid üç aydan yeddi gün əskik müddətdə yolda olmuşdur. Hər iki məktub həzrət Mehdinin (ə) imzası, ona yaxın adamların xətti ilə yazılmışdır. Hər iki məktubun sonunda imam öz xətti ilə məktubun həqiqiliyini təsdiqləmişdir. Məktublarda şeyx Müfidə əmr olunur ki, bu məktubu gizli saxlasın, yalnız ən etibarlı səhabələri xəbərdar etmək üçün nüsxə çıxarılsın.1




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin