Sual: 286. İmamın xalq arasında olması ilə sitəmkarları təslim etmək olmazdımı?
Cavab: Məlum məsələdir ki, bir çoxları haqq-ədalət qarşısında təslim olmur. Yaranışın ilk günlərindən bu günədək bəşəriyyət arasında haqq-ədalətə düşmən kəsilənlər olmuşdur. Onlar haqqı aradan götürmək üçün var qüvvələri ilə çalışmış, öz çirkin məqsədlərinə çatmaq yolunda heç nədən çəkinməmişlər. Əgər həzrət Mehdi (ə) qeybə çəkilməsəydi, heç şübhəsiz, onu aradan götürmək istəyəcəkdilər. Amma şərait yaranmadığından haqqın batilə qələbəsi mümkün olası deyildi.
Sual: 287. Əgər imam aşkar olub öz dövrünün zalımları ilə sülh müqaviləsi bağlasaydı nə olardı?
Cavab: Məhdəviyyət (ə) məsələsi ilə tanış olanlar yaxşı bilirlər ki, həzrət Mehdinin (ə) proqramı digər imamların proqramlarından fərqlənir. Digər imamlara dinin yayılmasında var gücü ilә çalışmaq əmr olunmuşdu. Onlara savaş göstərişi verilmədiyindən bəzən öz dövrlərinin hakimi ilə müqavilələr bağlayırdılar. Amma həzrət Mehdinin (ə) missiyası başqa imamlardan fərqlidir. Qərara alınmışdır ki, həzrət yalnız zühur etməklə zülmə qarşı çıxıb ədaləti bərpa etsin. Bu səbəbdən də onun boynunda kimsəyə beyət olmamalıdır. Çünki hər an zühur baş verə bilər.
İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Mehdinin (ə) mövludu ona görə məxfidir ki, zühur etdiyi vaxt kimsə qarşısında öhdəçiliyi olmasın. Allah Öz əmrini bir gecədə gerçəkləşdirər.”1
Bundan əlavə, zalım hakimlər hər an bu qiyamı gözlədiklərindən və həzrətlə heç bir müqavilələri olmadığından çıxış yolunu yalnız onu öldürməkdə görürlər.
Dostları ilə paylaş: |