Sual: 301. İmamın hadilik, tərbiyəçilik vəzifəsi onun qeybdə olması ilə bir araya sığırmı?
Cavab: Kəlam, fəlsəfə və irfan kitablarına müraciət etdikdə imamətin iki təfsiri ilə rastlaşırıq:
1. Kəlam əsasında tərif: İmamət dini və dünyəvi işlərə bir nəfər vasitəsi ilə rəyasətdir.1
2. Fəlsəfi-irfani tərif: İmamət peyğəmbərlik kimi bir mənsəbdir, bu iki məqam arasında vəhydən savay fərq yoxdur. Peyğəmbərliyə aid olan bütün vəzifələr (vəhydən savay) imamətə də aiddir. İmamət eyni zamanda insanları zəruri kamala çatdırmaq üçün batini yardımdır.
Uyğun tərifə əsasən, din və dünya işlərinə rəyasət bu mənada imamət şənindəndir. 12 imamçı şiə əqidəsinə əsasən bu məna mötəbərdir. Bu səbəbdən də imamət dinin üsulu sayılmışdır.
Əllamə Təbatəbai buyurur: “İmamət itaət məqamıdan üstün bir həqiqət, din və dünya rəyasəti, yer üzündə xilafət və canişinlikdir.”2
İmamətin məna dərinliyi budur ki, o batini bir hidayət olub, xalq üzərində vilayətdir. Bu hidayət istəyə doğru səydən başqa bir şey deyil.
Mütəkəllimlər (kəlam alimləri) imamətə verdikləri tərifdə bir neçə dəlilə əsaslanır: Lütf qaydası, şəriətin hifzi zərurəti, Allah dininin aydınlaşdırılması. Bütün bunlar imamın xalq arasında hüzuru ilə təmin edilir.
Soruşula bilər ki, bu lütf imamın qeybi ilə necə uyğun gəlir?
Əvvəla, Sahibəzzəman şəriətin ümumi hifz edənidir. O batil ittifaqa qarşıdır.
İkincisi, ilahi lütfün müxtəlif dərəcələri var. Əziyyət zamanı daha çox lütf gətirən iş öndə gəlir. İmamın hüzurunda xalq ilahi lütfə çatsa da, onun qeybi zamanı gerçəkləşən lütf daha mühümdür. Qeyb fəlsəfəsi haqqında danışarkən bu məsələyə işarə olundu. İmamətin ikinci tərifi irfani tərifdir. Bu tərifə əsasən imamət insanların batininə nüfuz edə bilən bir həqiqətdir. Bu hidayət sayəsində insanlar məqsədə çatır.
İmamətə verilən bu tərif qeyblə uyğun gəlir. İmam qeyb dövründə də nəzərdə tutulan işləri görə bilir. Qeyb dövrü boyu həzrətә bu sayaq yardımlar göstərilmişdir.1
Dostları ilə paylaş: |