Sual: 303. Hansı dəlilə əsasən bu zaman “axirüz-zəman”, “son dövr” adlanır?
Cavab: İslami rəvayətlərdə axirüz-zəmanın, yəni dünyanın sonunun əlamətləri zikr olunmuşdur. Bu nişanələr həyata keçdikcə anlayırıq ki, hazırda həmin dövrdə yaşayırıq. Bu əlamətlərdən bəzilərini yada salaq:
1. Qorxu və ümidsizliyin artması – İmam Baqir (ə) buyurur: “Qorxu və ümidsizlik hakim olmayınca həzrət Qaim qiyam etməz.”3
Başqa bir hədisdə həzrət buyurur: “İmam cəmiyyətin işləri zalımların əlində olan vaxt qiyam edər.”4
2. Məscidlərin hidayətdən uzaqlığı – Həzrət Peyğəmbər (s) axirüz-zamanda məscidlərin vəziyyəti haqqında buyurur: “Həmin dövrün məscidləri zahirən abad və gözəldir. Amma bu məscidlərdə hidayət və tərbiyədən xəbər yoxdur.”5
3. İnsanlar arasında soyuqluq – Həzrət Peyğəmbər (s) bu barədə buyurur: “Həmin dövrdə böyüklər tabeçiliklərində olanlara və kiçiklərə rəhm etməz. Güclü zəifə rəhm göstərməz. Allah həmin vaxt ona (Mehdiyə) qiyam izni verər.”1
4. Əxlaqi pozğunluqların çoxalması – Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər ki, qadın günün günorta çağı aşkar şəkildə yolun ortasında təcavüzə məruz qalmır və həmin işə görə məzəmmət edən var, qiyamət qopmaz.”
Məhəmməd ibn Müslim deyir: “İmam Baqirә (ə) ərz etdim: “Ey Allah rəsulunun övladı! Sizin qaim nə vaxt zühur edəcək?” İmam buyurdu: “Kişilər özünü qadına, qadınlar özünü kişiyə oxşatdığı vaxt. O vaxt ki, kişilər kişilərlə, qadınlar qadınlarla kifayətlənər.”2
5. Az övlad istəyi - İslam peyğəmbəri buyurur: “Beş övladı olan dörd övlad arzusuna düşməyincə qiyamət qopmaz. Həmin vaxt dörd övladı olan “kaş üç övladım olaydı”, üç övladı olan “kaş iki övladım olaydı”, iki övladı olan “kaş bir övladım olaydı”, bir övladı olan, “kaş övladım olmayaydı” deyər.3
6. Qəfil ölümlər –Həzrət Peyğəmbər (s) buyurur: “Ağ ölüm, yəni qəfil ölüm zahir olmayınca qiyamət bərpa olmaz.”4
7. Müharibə və qırğınlar – İmam Riza (ə) buyurur: “Həzrət Mehdinin (ə) zühurundan öncə ardıcıl və aramsız qırğınlar baş verəcək.”5
Dostları ilə paylaş: |