Sual: 309. Sahibəzzaman məhəbbətini qəlblərdə necə diriltmək olar?
Cavab: İnsanların, xüsusi ilə gənclərin qəlbində Sahibəzzaman məhəbbətini diriltməyin müəyyən yolları var. Onlardan bəzilərini nəzərdən keçirək:
1. Qəlbini Allah vəlisinin eşqi ilə doldurmaq istəyənlər öncə bu qəlbi paka çıxarmalıdır. Həm də nəfs çirkin sifətlərdən təmizlənməlidir.
Bu səbəbdən də əxlaq ustadları haqq yol yolçusu (salik) üçün ilkin mərhələdə nəfsin təmizlənməsini zəruri saymışlar. Demək, öncə nəfs çirkinlikdən təmizlənməli, sonra əxlaqi gözəlliklərlə zinətlənməlidir.
2. Gücümüz çatan və qarşı tərəfin qəbul edəcəyi həddə imamın məqam və kamilliklərini bəyan edək. Həzrətin xalqın halından xəbərdarlığını, ilahi rəhmaniyyət məzhəri olduğu, daim şiələr haqqında düşündüyü nəql edilməlidir.
İnsan zatən və fitrətən kamillik aşiqidir. Digər bir tərəfdən, insanda kiməsə qarşı belə bir eşq yarandıqda ona müti olur. Sahibəzzaman xalqı Allaha doğru dəvət etdiyindən ona qarşı eşq yarandıqda insan Allaha doğru meyl edir.
Qeyd etməliyik ki, xalqın imam Mehdiyə (ə) məhəbbətə dəvəti əslində Allaha doğru çağırış, qəlblərdə Allah eşqinin ərsəyə gəlməsi üçün cəhddir.
Dostları ilə paylaş: |