Bismillahir-Rəhmanir-Rəhim


Sual: 325. Həzrətin zühurundan öncəki qiyamların hökmü nədir? Cavab



Yüklə 1,7 Mb.
səhifə281/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   277   278   279   280   281   282   283   284   ...   410
Sual: 325. Həzrətin zühurundan öncəki qiyamların hökmü nədir?

Cavab: Bəziləri bu əqidədədirlər ki, imam Mehdinin (ə) zühurundan öncə zalım hakimlərə qarşı qiyam qaldırmaq haramdır. Onlar imam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə istinad edirlər. Həmin rəvayətdə buyurulur: “Qaimin qiyamından öncə ucalan hər bir bayraq sahibi zalım hakimdir və Allahdan qeyrisinə ibadət edir.”4 Bu barədə nə demək olar?

1. Bu rəvayət ümumi şəriət üsulu, o cümlədən əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) və cihad hökmlərinə ziddir. Çünki bu üç hökmün mərtəbələri var və bu mərtəbələrdən biri qiyamdır.

2. Bir çox rəvayətlərin mənbəsi ilə bağlı problemlər var.

3. Bəzi rəvayətlərdən məlum olur ki, imam külli olaraq inqilabların mümkünlüyünü inkar etmir, sadəcə, onların son hədəfə çatmayacağını bildirir. Necə ki, Zeydin və Muxtarın qiyamları son hədəfə çatmadı.

4. İnqilaba çağırış iki qisimdir: Kimi Əhli-beyt hakimiyyətinin bərpasına çağırır və belə bir çağırış batil deyil.

Bir digəri şəxsi məqsədlərini həyata keçirmək üçün batilə dəvət edir. Beləcə, şəriət və Əhli-beyt imamətini müdafiə üçün qaldırılmış qiyamlar uyğun rəvayətlərdə nəzərdə tutulmur. Həzrət Zeynəl-Abidindən (ə) Muxtarın qiyamı haqqında soruşulduqda buyurdu: “Qara bir qul bizə yardım üçün ayağa qalxsa, ona yardım göstərmək vacibdir.”1

İmam Sadiq (ə) buyurmuşdur: “Bəni-Haşimdən on iki nəfər qiyam qaldırıb xalqı dəvət etməyincə Qaim zühur etməyəcək.”2


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin