Sual: 327. Böyük qeyb dövründə həzrət Mehdinin (ə) məkanı haradadır?
Cavab: Bir çox rəvayətlərdən məlum olur ki, Sahibəzzaman nəinki müqəddəs sərdabədə deyil, hətta onun heç bir daimi məkanı yoxdur.
İmam Mehdi (ə) İbrahim ibn Məhzyara xitabən buyurur: “Atam mənə vəsiyyət edib ki, məxfi və uzaq yerlərdə məskən salıb azğın insanların pisliklərindən amanda qalım. Bu vəsiyyət məni uca dağlara çəkib apardı.”2
Bəli, bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) yalnız xüsusi şiələrə məlum olan müəyyən məkanı vardır.
İshaq ibn Əmmar imam Sadiqdən (ə) belə nəql edir: “Qaim üçün iki qeyb var: biri qısa, o biri uzun. Qısa qeyb dövründə xüsusi şiələrdən savay kimsə onun yerini bilməz. Böyük qeyb dövründə yalnız ən yaxın dostlar onun yerindən xəbər tutar.”3
Sual: 328. Həzrət Mehdi (ə) müqəddəs sərdabədən zühur edəcəkmi?
Cavab: Şiələrə atılan növbəti böhtanlardan biri budur ki, guya onlar imamın sərdabədən zühur edəcəyinə inanır. Amma şiələrin hədis və kəlamlarına müraciət etdikdə görürük ki, deyilənlər iftiradan başqa bir şey deyil. Şiələr inanır ki, həzrət Mehdi (ə) öz babası peyğəmbər kimi Məkkədən zühur edəsidir.
Fəzl ibn Şazan uzun bir hədisdə imam Sadiq (ə) və həzrət Əlidən (ə) belə nəql edir: “Ey Hüseyn, о sənin doqquzuncu övladındır! O rükn və məqam arasında (Məkkədə) zühur edəcək...”1
Şeyx Səduq imam Sadiqdən (ə) belə nəql edir: “Bizdən olan Qaim qorxudan hifz olunmuş, qələbə ilə təmin edilmiş kəsdir... O zühur etdiyi vaxt Kəbəyə sığınar, həmin vaxt onun ətrafında 313 nəfər cəm olar.”2
Dostları ilə paylaş: |