Bismillahir-Rəhmanir-Rəhim


Sual: 331. Həzrətin adını (Məhəmməd) çəkmək olarmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə286/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   282   283   284   285   286   287   288   289   ...   410
Sual: 331. Həzrətin adını (Məhəmməd) çəkmək olarmı?

Cavab: Yüzdən çox rəvayətdə həzrətin adının çəkilməsinə münasibət bildirilir. Bu rəvayətləri dörd qismə bölmək olar:

1. Qeyd-şərtsiz həzrətin adının çəkilməsini qadağan edən rəvayətlər;

2. Zühur dövrünədək onun adının çəkilməsini qadağan edən rəvayətlər;

3. Uyğun qadağanı qorxu, təqiyyə və başqa amillərlə izah edən rəvayətlər;

4. Həzrətin şərif adının bildirildiyi rəvayətlər.

Birinci və ikinci qisim rəvayətlər eyni bir mənanı bəyan edir. Bəziləri bu sayaq rəvayətlərə istinadən həzrətin adının çəkilməsini qadağan etmişlər. Onların nəzərincə, onun adını çəkmək zühur dövrünədək haramdır. Əllamə Məclisi, Şeyx Səduq, Şeyx Müfid, Təbərsi, Mirdamad, Mühəddis Cəzairi, Mühəddis Nuri, Mirza Şirazi, Mirza Məhəmməd Təqi İsfəhani belə alimlərdəndir.

Bəziləri də bu adın çəkilməməsinin səbəbi kimi qorxu və təqiyyəni göstərirlər. Ərbili, Hürr Amili bu qəbil alimlərdəndir.

Bəziləri isə qadağa hökmünün yalnız kiçik qeyb dövrünə aid olduğunu bildirir.

Belə görünür ki, ikinci baxış həqiqətə daha çox uyğun gəlir. Yəni bu qadağa qorxu və təqiyyə səbəbindəndir. Dəlilləri göstərək:

1. Can verən insana (möhtəzir) təlqin haqqında danışılarkən deyilir: “Can verən insana fərəc, şəhadəteyn kəlmələrini və hər bir imamın adını təlqin et.”1 Belə görünür ki, təlqin zamanı həzrətin adı da qeyd olunur.

2. Meyyitə təlqin zamanı da bütün imamların, o cümlədən, həzrət Mehdinin (ə) adı da təlqin edilir.2

3. Məhəmməd ibn İbrahim Kufi deyir: İmam Əsgəri (ə) adını çəkdiyi kəs üçün qurbanlıq etmək məqsədi ilə mənə pul verib buyurdu: “Bu, övladım Məhəmməd üçün əqiqədir.”3

4. İmam Əsgərinin (ə) ən məşhur künyəsi “Əbu-Muhəmməddir”. Bu künyədə həzrət Mehdinin (ə) adı çəkilmişdir.

5. İmam Rizadan (ə) imam Hüseynin (ə) qəbrini ziyarəti haqqında soruşulduqda buyurur: “Məhəmməd və onun əhli-beytinə çoxlu salam göndər, onlardan hər birinin adını çək və onların düşmənlərindən Allaha pənah apar.”4

Tədqiqatçı alim Ərbili deyir: “Elə düşünürəm ki, həzrətin şərif adının çəkilməsinin qadağa səbəbi qorxu və təqib dövründə təqiyyə və onun ad və ünvanının axtarılması olmuşdur. Amma qorxu və təqiyyə olmayan dövrümüzdə bu adı çəkməyin eybi yoxdur.”5

6. Cabir ibn Abdullah Ənsari imam Baqirə (ə) deyir: “Həzrət Fatimənin (s) görüşünə getdim ki, övladı Həsənin dünyaya gəlişinə görə ona təbrik edəm. Onun əlində bəyaz dürdən bir səhifə gördüm. Soruşdum ki, ey aləmin ən üstün qadını, əlinizdəki səhifə nədir? Həzrət buyurdu: “Burada imam övladlarımın adı var...” Cabir deyir: “Səhifəyə baxıb imamların hər birinin adını orada gördüm...”1

7. Həzrət peyğəmbərdən (s) nəql olunmuş bir çox hədislərdə bildirilir ki, həzrətin adı Allah rəsulunun adı ilə eynidir. Bu da həzrət Mehdinin (ə) adını göstərir.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin