Sual: 332. Həzrət Mehdi (ə) Abbasın övladlarındandırmı?
Cavab: Abbasilər öz siyasi mövqelərini möhkəmləndirmək üçün yalan hədislər uydurmuşdular. Onlar mütəvatir Məhdəviyyət hədislərindən istifadə edərək öz xeyirlərinə hədislər qoşurdular. Onlardan bəzilərini nəzərdən keçirək:
1. Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər Xorasan tərəfdən qara bayraqların qalxdığını görsəniz, onlara qoşulun. Çünki Allahın xəlifəsi Mehdi (ə) onların arasındadır.”2
Bu hədisi ibn Qəyyim Cəvziyyə “Əl-Minarul-munif” kitabında zəif saymışdır. Çünki bu rəvayətin sənədi Əli ibn Zeydə aiddir. Təkcə bu şəxs tərəfindən nəql olunmuş hədislər isə höccət deyil.3
2. İbn Macə də eyni məzmunu qeyd etmişdir.4 Amma İbn Qəyyim məhz Yəzid ibn Əbu-Ziyad xəbəri nəql edənlərdən olduğu üçün zəif olmuşdur. O deyir: “Bu və bundan öncəki hədis səhihlik baxımından dəlil ola bilməz ki, ümumdünyəvi hökumətin rəhbəri Abbas övladındandır və o, dünyanın sonunda zühur edəcək...” (“Əl-Minarul-munif”,s.137, 138)
Mehdi (ə) Abbasinin dünyanın sonunda olmaması, rüku və məqam arasında ona beyət edilməməsi, Dəccalı öldürməməsi və İsanın ona yardım üçün səmadan enməməsi rəvayətlərdə həzrət Mehdiyə (ə) aid sadalanmış xüsusiyyətlərin onda olmadığını göstərir.
Başqa sözlə, xilaskarın vəd olunmuş heç bir xüsusiyyəti bu şəxsdə yoxdur.
3. Osman ibn Əfvan Allahın rəsulundan (s) belə nəql edir: “Mehdi (ə) mənim əmim Abbasın övladlarındandır.”5
Əvvəla, ibn Əl-Cоvzi bu hədisi uydurma hədislər toplanmış “Əl-mоvzuat” kitabında nəql etmişdir.
İkincisi, bu hədis Kəbul Əhbar, Osman ibn Əfvan və Abdullah ibn Ömər tərəfindən nəql olunmuşdur. Kəbin nəql etdiyi hədislər şiə və sünni tərəfindən etibarlı sayılmır. Osman ibn Əfvanın nəql etdiyi hədisdə Məhəmməd ibn Vəlidin nəqli var və rical alimləri onu zəif sayır. Abdullah ibn Ömərin nəql etdiyi hədisin də sənədi zəifdir.
Dostları ilə paylaş: |