Sual: 335. Mehdi (ə) Həsənin (ə) övladlarındandır” hədisini necə qiymətləndirmək olar?
Cavab: Əbu-Davud Əbu-İshaqdan nəql edir ki, həzrət Əli (ə) öz övladı Həsənə (ə) baxıb buyurdu: “Həqiqətən, bu övladım ağadır. Necə ki, Peyğəmbər (s) onu ağa adlandırıb. Tezliklə ondan peyğəmbərlə bir adda olan kəs dünyaya gələr.”1
Uyğun hədisə münasibətimizi bildirək:
1. Mehdinin (ə) Hüseynin (ə) övladı və onun nəslindən olması ilə bağlı onlarla hədis mövcuddur.
2. Mehdi (ə) həm də Həsən (ə) nəslindəndir. Çünki imam Baqirin (ə) anası Fatimə (s) imam Həsənin qızı olmuşdur. Demək, həzrət Mehdi (ə) həm Həsən (ə), həm də Hüseyn (ə) övladıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətin Mehdisi (ə) Həsən (ə) və Hüseyn (ə).”2
3. “Əqdud-durər” kitabının müəllifi uyğun hədisi nəql etmiş, amma Həsənin (ə) yox, Hüseynin (ə) adını çəkmişdir. “Səhihi-Termizi”, “Sünəne-nəsai”, “Sünəne-beyhəqi”də də hədis bu formada nəql olunmuşdur.
4. Belə bir nöqtə də maraqlıdır ki, uyğun hədislərin meydana çıxmasında Əbva məntəqəsində xalqdan beyət almış Məhəmməd ibn Abdullah Həsəninin və Həsəni seyyidlərinin rolu olmamış deyil. Həsəni seyyidləri bəni-Üməyyəyə qarşı qiyam fikrində olduğundan mənəvi dayağa ehtiyac duyurdu. Bu səbəbdən də həzrət Mehdi (ə) ilə bağlı nəql olunmuş rəvayətlərdən faydalanıb, uyğun hədisi Abdullah ibn Həsənə tətbiq etdilər. Onlar rəvayət uydurub dinin imam Həsən nəslindən olduğunu bildirdilər.
Dostları ilə paylaş: |