Sual: 340. Məgər həzrətin Əli ibn Məhəmməd Səməriyə yazdığı məktubda böyük qeyb dövründə həzrətlə görüşün mümkünlüyü istisna edilmirmi?
Cavab: Bəziləri belə bir görüşün mümkünlüyünü inkar edərkən həzrət Mehdinin (ə) Əli ibn Səməriyə yazdığı məktubu əsas göstərirlər. Çünki bu məktubda yazılmışdır: “Agah ol! Əgər Süfyaninin zühurundan və böyük səsdən öncə kimsə məni gördüyünü iddia etsə, yalançı və böhtançıdır...”2 Bəs həqiqət necədir?
1. Kimsə bu rəvayətin düzgünlüyünü qəbul etməmişdir. Ona görə də alimlərdən və salehlərdən bir dəstəsi həzrətlə görüş haqqında danışır.
2. İnkar olunan müşahidə tanımaqla müşahidədir. Hansı ki, bir çox görüşlərdə ilkin mərhələdə tanışlıq olmamışdır.
3. Olsun ki, bəziləri əsassız olaraq imamı naib və səfir kimi gördüklərini iddia etmişlər. Amma həzrət böyük qeyb dövründə naiblərin olmadığını bildirir. Məktublardan birində həzrət bildirir ki, tezliklə şiələrin arasında məni gördüyünü iddia edənlər tapılacaq...”
4. Şeyx Tusi bu məktubu nəql etsə də, saleh insanların imamla görüşə bilməsini mümkün sayır.
5. Olsun ki, müşahidə dedikdə xüsusi bir görüş nəzərdə tutulmuşdur. Rəvayətdə oxuyuruq: “Əgər sənin yanında 50 nəfər bir nəfərin ziddinə and içsə, amma həmin şəxs onların dediyinin ziddini söyləsə, onu təsdiqlə, həmin 50 nəfəri inkar et.” Bu rəvayətdə 50 nəfərin andının təsiri açıqlanılır.
6. Rəvayəti onun sənədinin mötəbərliyi təsdiqləyir. Hansı ki, görüşlər o qədər çox olmuşdur ki, insanda yəqinlik yaradır.
7. Olsun ki, uyğun məktubda ixtiyari bir görüş nəzərdə tutulmuşdur. Əslində böyük qeyb dövründə yalnız Allahın məsləhət bildiyi şəxs həzrətlə görüşə bilər.
8. Uyğun məktub sənəd baxımından zəifdir.
Dostları ilə paylaş: |