Sual: 356. “Munisul-həzin” kitabının Şeyx Səduqa aid olduğu dəqiq deyilsə, ona istinad etmək olarmı?
Cavab: Biz də bu kitabın Şeyx Səduqa aid olduğunu iddia etmirik. Amma bu münasibət həmin kitabın etibarsız olduğunu göstərmir. İbn-Şəhr Aşub “Əl-mənaqib” kitabında uyğun kitabı Həmmal Nişapuriyə aid edir. O bu kitaba istinadən imam Həsən Müctəbadan bir möcüzə nəql edir.1
Əllamə Məclisi də bu kәrаmәti “Əl-Mənaqib” kitabından nəql etmişdir. O bu kitabın HəmmalNişapuriyə aid olduğunu inkar etmir.2
Mərhum Məclisidən öncə Seyyid Məhəmməd ibn Əbu-Talib Həsəni “Təsliyətul-Məcalis” kitabında Fəttal Nişapurinin “Munisul-həzin” kitabında hədis nəql edir və bu kitabın ona aid olmasını şübhə altına almırdı.