İmam Mehdinin (ə) izdivacı (evlənməsi)
Sual: 366. İmam Mehdi (ə) izdivac etmişdirmi?
Cavab: “Şəxsin qeybi” nəzəriyyəsinə əsasən həzrət izdivac etməmişdir. Çünki o bütün insanlardan məxfidir. İzdivac üçün xalqla rabitədə olmaq lazım gəlir. Bu isə qeyb fəlsəfəsinə uyğun deyil. “Ünvan gizliliyi” nəzəriyyəsinə əsasən isə həzrət izdivac edə bilər və bu islami sünnədir. Amma əldə olan sənədlər birinci baxışı təsdiqləyir:
1. Əksər rəvayətlərdə “şəxsi qeyb” nəzəriyyəsinə üstünlük verilir.
2. Əmrinin rəvayətində həzrətin həcc mövsümündə olması bildirilsə də, bu rəvayəti imam nəql etməmişdir. Eyni zamanda, bu xəbər həcc mövsümünə aiddir.
3. Həzrət üçün tam qeyb müəyyənləşdirilmişdir.
4. Əgər izdivac olsaydı, səfirlər və vəkillər bu məsələyə toxunardılar.
5. Məsudi Əli ibn Əbu-Həmzədən nəql edir:
Biz imam Rizaya (ә) ərz etdik ki, rəvayətlərə əsasən imam öz nəslini görməmiş dünyadan getməz? İmam Riza (ə) buyurdu: “Məgər sizə çatmayıbmı ki, Qaimdən savay?!”1
Dostları ilə paylaş: |