Sual: 369. Əhməd ibn Məhəmməd ibn Yəhya Ənbarinin rəvayəti həzrətin izdivacı üçün dəlil deyilmi?
Cavab: Bəziləri həzrətin izdivacını sübuta yetirmək üçün Əhməd ibn Məhəmməd ibn Yəhya Ənbarinin rəvayətinə istinad edirlər. Bu rəvayət genişdir. Rəvayətin mətnində imam Mehdinin (ə) övladlarının yaşadığı beş şəhər göstərilir.2
Ənbarinin rəvayətini bir çox alimlər zəif saymışdır. Аğаbоzrоg Tehrani, Seyyid Nemətullah Cəzairi, Şeyx Məhəmməd Təqi Şüştəri bu qəbil alimlərdəndir.
Аğаbоzrоg Tehrani deyir: “Biz əlimizə düşmüş bu hekayəni nəql edəni tanımırıq. Yalnız bunu bilirik ki o, həmin məclisdə möhtərəm olmuşdur. Onun sənəd və mətnində ziddiyyətlər var... Bu hekayəni nəql etməkdə alimlərin məqsədi həbibin zikridir.
Dostları ilə paylaş: |