Sual: 370. “Cəzireye-Xəzra” (Bermud adaları) əhvalatı imamın izdivacına dəlil ola bilərmi?
Cavab: Mərhum Məclisi “Biharda” Əli ibn Fazildən geniş bir rəvayət nəql etmişdir. Bu rəvayətdə həzrətin nəslinin yaşadığı adalardan danışılır.
Əslində isə:
1. Məclisinin sözlərindən belə anlaşılır ki, o, rəvayəti bir o qədər də etibarlı saymamışdır. Alim deyir: “Mötəbər kitablarda bu hədislə rastlaşmadığımdan onu ayrıca bir fəsildə qeyd etdim.”3
2. Аğаbоzrоg Tehrani də bu әhvаlаtı ciddi saymır.
3. Hədisin mətnində ziddiyyətlər var.
4. Hədisdə əsassız məsələlər müşahidə olunur.
5. Onu nəql edənlər arasında tanınmamış fərdlər var.
Dostları ilə paylaş: |