Sual: 371. Bəzi rəvayətlərdə həzrətin ailəsindən danışılır. Bu məlumatlar onun izdivac etməsinə dəlil ola bilməzmi?
Cavab: Məhəmməd ibn Məşhədi imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Sanki Qaimin Səhlə məscidinə gəlişini əhli-əyalı ilə müşahidə edirəm.”1
Hədis barədə nə demək olar?
1. Həzrətin övladları ilə bağlı məlumatlar zühur və ya ondan sonrakı dövrə aiddir. Seyyid Cəfər Mürtəza Amili deyir: “Çox olsun ki, həzrətin zühurundan sonra övladı olacaq...”2
2. Bəzi rəvayətlərdə rastlaşdığımız “həzrətin ailəsi” təbiri onun ata-babasına da işarə ola bilər.
Sual: 372. “Əbа-Saleh” (“Saleh atası”) künyəsi3 həzrətin izdivac etməsini göstərmirmi?
Cavab: Bəziləri həzrət Mehdinin (ə) izdivacını sübuta yetirmək üçün onun “Əba-Saleh” künyəsini dəlil göstərir.
Əvvəla, həzrət Mehdi (ə) cəmiyyətin islahında bir ata, rəhbər olduğu üçün “Əba-Saleh” adlandırıla bilər. O, Allahın iradəsi ilə bütün yer üzünü islah edəcək yeganə şəxsdir. Necə ki, bir rəvayətdə həzrət Peyğəmbər (s) Əli ibn Əbi-Talib haqqında buyurur: “Mən və Əli bu ümmətin iki atasıyıq.”
İkincisi, ərəb dilində “əb” sözü təkcə ata mənasını bildirmir. Bu sözdə “sahib” mənası da var. “Əba-Saleh” dedikdə ixtiyarında salehlər olan kəs nəzərdə tutula bilər. .
Üçüncüsü, bu аd “Ənbiya” surəsinin 105-ci ayəsindəki “ibadiyəs-salihun” təbirindən dә götürülə bilər.
Dostları ilə paylaş: |