Bismillahir-Rəhmanir-Rəhim


Sual: 394. Allah insanın ömrünü bir bu qədər uzada bilərmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə327/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   323   324   325   326   327   328   329   330   ...   410
Sual: 394. Allah insanın ömrünü bir bu qədər uzada bilərmi?

Cavab: Kəlam elmində sübuta yetirilmişdir ki, Allah hər şeyə alim olduğu kimi, hər işə də qadirdir. Zatən mahal olmayan, baş verə biləsi bütün işlər ümumi qaydalara zidd olsa da, Allahın qüdrəti ilə gerçəkləşə bilər. Demək, Allah bir şəxsin ömrünü istədiyi qədər uzadıb, onu ölüm bəlasından qoruya bilər. Odun xasiyyəti yandırmaqdır. Amma Allah öz qüdrəti ilə odu İbrahimə soyutdu. Əllamə Təbatəbai buyurur: “Həzrət Peyğəmbərdən (s) və imamlardan qeybdə olan imamla bağlı nəql olunanları mütaliə edənlər belə bir nəticəyə gəlir ki, həzrətin həyatı möcüzəli və qeyri-adi bir həyatdır. Qeyri-adi işləri isə inkar etmək olmaz. Hadisələrin baş verməsi amilləri təkcə bizim hiss etdiyimiz amillərdən ibarət deyil. Biz təbiətdən kənardakı amilləri hansı əsasla inkar etməliyik?! Bəli, insanın ömrünü qeyri-adi həddə uzada biləcək amillər var. Bu ömür 1000 illərə çata bilər. Elə bu səbəbdən də, tibb elmi hələ ki insan ömrünün sirrini tapa bilməmişdir.”2

Şəhid Sədri deyir: “Tutaq ki, bu sayaq uzun ömür elmi baxımdan mümkünsüzdür. Nəticə nə olur? Bu sözləri deyərkən insan ömrünün qeyri-adi həddə uzunluğunun təbiət qanunlarına zidd olması nəzərdə tutulur. Amma unutmaq olmaz ki, söhbət möcüzədən gedir...

Bu möcüzə Quran və sünnədən faydalanıb istifadə edənlər üçün yeni bir şey deyil. Təbiət qanunlarına əsasən istilik daha çox hərarəti olan cisimdən hərarəti az olan cismə keçir. Hansı ki, bu qanun həzrət İbrahimə münasibətdə ödənmədi.1

Allah-tәala həzrət Yunis haqqında buyurur: “Əgər o təsbih (həmd) deyənlərdən olmasaydı, şübhəsiz, qiyamətədək balığın qarnında qalardı.”2

Demək, bir insanın ömrü möcüzə yolu ilə qiyamətədək uzana bilər.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin