Sual: 408. Məsih Dəccal kimdir?
Cavab: Həzrət İsa kimi Dəccal da məsih adlandırılmışdır. Amma məsih sözü təklikdə işlədildikdə həzrət İsa nəzərdə tutulur. Məsih Dəccal elə tanınmış Dəccalın özüdür. Onun haqqında bəzi ehtimallar var:
Bu şəxs məsihiyyət bayrağı ilə zühur edəcək; оnun qiyamı bütün yer üzünü bürüyəcək; bu şəxs Məsihə qarşı çıxdığı üçün Məsih ləqəbi almışdır.
Sual: 409. Süfyani kimdir?
Cavab: Əhli-beyt rəvayətlərində Süfyaninin xürucu qəti zühur əlamətlərindən sayılmışdır:
Şeyx Tusi imam Sadiqdən (ə) belə nəql edir: “Süfyaninin xürucu zühurun qəti əlamətlərindəndir.”3
Bir çox şiə və sünni rəvayətlərindən belə anlaşılır ki, Süfyani imam Mehdiyə (ə) qarşı çıxmaq qəsdində olan inadkarlardandır. O, Beyda adlanan məntəqədə öz qoşunu ilə birlikdə yerə batacaq.
Müslim həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Bir şəxs Allah evinə pənah gətirər. Həmin vaxt ona doğru qoşun göndərilər. Bu qoşun Beydaya çatdığı vaxt yerə batar.”4
Nemani imam Sadiqdən (ə) belə nəql edir: “Qaimin beş əlaməti var...” Həzrət bu beş əlamət arasında düşmənin Beydada yerə batmasını da nəql edir.1
Nemani digər bir yerdə zühur əlamətləri sırasında Süfyaninin xürucunu və qoşunu ilə Beydada yerə batmasını qeyd edir.2
Dostları ilə paylaş: |