Bismillahir-Rəhmanir-Rəhim


Sual: 415. Dəccalın zühuru dedikdə nəzərdə nə tutulur? Cavab



Yüklə 1,7 Mb.
səhifə342/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   338   339   340   341   342   343   344   345   ...   410
Sual: 415. Dəccalın zühuru dedikdə nəzərdə nə tutulur?

Cavab: Bir çox rəvayətlərdə, xüsusi ilə sünnə əhli hədislərində Dəccalın zühuru haqqında danışılır. Bu hadisə imam Mehdinin (ə) hakimiyyətindən öncə baş verəsidir.

Buxari nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dəccal Mədinə ətrafında görünüb üç dəfə savaş hazırlığını bildirəcək və ətrafına kafirlər, münafiqlər toplanacaq.”3 Sünnə əhli mənbələrində Dəccalın bəzi sifətləri zikr olunmuşdur: Rəblik iddiası edər; ömrü uzundur; yanında su və od var; kora və dəri xəstəsinə şəfa verər; ölünü dirildər; biri öldürüldükdə onu ayağa qaldırar; onda behişt və atəş var; bəyaz su və oddan çeşməsi var; istəkləri qəbul olar.1

Dəccalda bəzi sifətlərin olduğu ehtimal edilir:

a) Dəccal qeyri-adi işlər görən, sehr-caduya malik real şəxsdir.

b) Dəccal dedikdə İblis nəzərdə tutulur;

v) Ehtimal olunur ki, Dəccal şiə rəvayətlərində adı çəkilən Süfyanidir.

q) Dəccal dedikdə İsrail nəzərdə tutulur.

Öncə belə görünür ki, Dəccal hadisələri elə İsraillə bağlı hadisələrdir. Çünki:

Əvvəla, Əhli-beyt (ə) rəvayətlərində bu hədislər yoxdur;

İkincisi, əksər Dəccal hədisləri əslən yəhudi olan Kəbul-Əhbar tərəfindən nəql olunmuşdur. Bu şəxsin bütün hərəkətləri şübhə doğurmuşdur.

Üçüncüsü, məsihin zühur edib Dəccalı öldürməsi yəhudilərə aid əqidədir.

Seyyid Məhəmməd Sədr deyir: “Dəccal İslam və onun əsasları ilə düşmənçilik edən qərbin mədəni tərəqqisinin simvoludur. Bu mədəniyyət hər bir insanı qul etmək məqsədindədir. Aşkar görürük ki, əsrimizdə bütün dünyanı, hətta müsəlmanları hökm altına almışdır...”2



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin