Bismillahir-Rəhmanir-Rəhim


Sual: 417. “Ərsələ rəsuləhu” ayəsi imam Mehdinin (ə) zühurunu necə sübuta yetirir? Cavab



Yüklə 1,7 Mb.
səhifə344/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   340   341   342   343   344   345   346   347   ...   410
Sual: 417. “Ərsələ rəsuləhu” ayəsi imam Mehdinin (ə) zühurunu necə sübuta yetirir?

Cavab: Allah-tәala buyurur: “O, müşriklər ikrah duysa belə, bütün ayinlərə qalib gəlmək üçün öz peyğəmbərini hidayət və haqq dinlə göndərən kəsdir.”1 Ayədə hidayət dedikdə rəsulun göndərilməsi ilə gerçəkləşən ilahi hidayət, “haqq din” dedikdə İslam dini nəzərdə tutulur.

Fəxr-Razi deyir: “Bu, gələcəkdə gerçəkləşəsi ilahi bir vəddir. Rəvayətlərə əsasən, bu vəd həzrət İsanın və həzrət Mehdinin (ə) dövründə həyata keçər.”2

Təbəri deyir: “Həzrət İsa nazil olan vaxt bütün dinlər batil olar və İslam dini bütün dinlərə qalib gələr.”3

Səid ibn Cübeyrdən rəvayət olunur ki, bu ayə Fatimə (s) övladlarından olan Mehdiyə (ə) aiddir. Allah onu bütün dinlərə qalib edəcək.”4

Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “And olsun Allaha, bu ayə hələ ki gerçəkləşməyib və Qaim qiyam edənədək gerçəkləşməz. O, zühur etdiyi vaxt yer üzündə Allahı inkar edən bir nəfər qalmaz.”5


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin