Sual: 418. “Vərasət” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübut edir?
Cavab: Allah-tәala buyurur: “Biz zikrdən sonra Zəburda yazdıq ki, mənim saleh bəndələrim yer üzündə varis olacaq.”6
Ayədə Zəbur deyərkən Davuda nazil olmuş səmavi kitab, zikr deyәrkən Tövrat nəzərdə tutulur. Zəburda oxuyuruq: “Şər qüvvələrin kökü kəsilər, Allaha təvəkkül edənlər yer üzünə varis olar...”7
Davudun Məzmurun 29-cu ayəsində deyilir: “Salehlər yer üzünə varis olacaq və orada əbədi qalacaqlar.” “Əl-ərz” dedikdə dünya və behişt nəzərdə tutulur.8
“İbadiyəs-Salehun” təbiri bütün dövrlərə, məkanlara və qövmlərə aiddir. Məhz həzrət Mehdinin (ə) zühur edəcəyi dövrdə bütün yer kürəsi Allahın saleh bəndələrinin ixtiyarına keçəcək.
İbn-Kəsir deyir: “Allah-tәala şərif ayədə müjdə verir ki, öz saleh bəndələrini dünya və axirətdə səadət çatdırıb onları yer və behiştdə varis edəcək.”1
Alusu deyir: “Bu ayəni Mehdi (ə) əsrinə və həzrət İsanın (ə) nazil olduğu dövrə aid etsək, digər yanaşmalara ehtiyac qalmır.”2
Suban həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Allah mənim üçün yer üzünü cəm etdi. Mən onun şərq və qərbini müşahidə etdim. Tezliklə mənim ümmətim ona çatacaq.”3
İmam Baqir (ə) buyurur: “İbadiyus-Salihun” dedikdə dünyanın son dövründə həzrət Mehdinin (ə) səhabələri nəzərdə tutulur.”4
Dostları ilə paylaş: |