Sual: 420. “İrtidad” ayəsi imam Mehdinin (ə) zühurunu necə sübuta yetirir?
Cavab: Allah-tәala buyurur: “Ey iman gətirənlər! Sizlərdən hər hansınız öz ayinindən dönsə, Allah elə bir cəmiyyət gətirər ki, onları dost tutar və onlar da Onu sevər. Onlar möminlər qarşısında təvazökar, kafirlər qarşısında sərtdirlər. Onlar Allah yolunda cihad edər və heç bir məzəmmətdən çəkinməz. Bu, Allahın istədiyi kəsə verdiyi fəzldir. Allahın fəzli genişdir və Allah biləndir.”3
Ayədə çevriliş (“istibdal”) qanununa işarə olunur. Yəni bir cəmiyyət vəzifəsinə əməl etmədiyindən başqa bir cəmiyyətlə əvəz olunur. Onlar Allah rəsulunun xəlifəsini rədd edib, cihaddan boyun qaçırdılar. Eləcə də, Allahın dininin tətbiqində səhlənkarlıq göstərdilər.
Rəvayətlərə müraciət etdikdə görürük ki, Əhli-beyt ayənin imam Mehdinin (ə) aid olduğunu düşünür. Süleyman ibn Harun Əcəli deyir: “İmam Sadiq (ə) buyurdu: “Həqiqətən, əmr sahibi hifz olunur. Əgər bütün bəşəriyyət məhv olsa, Allah-tәala onun səhabələrini ətrafında toplayar. Allah onların haqqında “hər kəs öz ayinindən dönsə” ayəsini buyurmuşdur.”4
Dostları ilə paylaş: |