Bismillahir-Rəhmanir-Rəhim


Sual: 423. Həzrət Mehdi (ə) münasib zühur vaxtından necə xəbər tutar? Cavab



Yüklə 1,7 Mb.
səhifə350/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   346   347   348   349   350   351   352   353   ...   410
Sual: 423. Həzrət Mehdi (ə) münasib zühur vaxtından necə xəbər tutar?

Cavab: Sual həm şiələr, həm də qeyri şiələr tərəfindən verilə bilər. Əgər sualı verən şiə deyilsə, sualı iki cür cavablandırmaq olar:

a) Məhdəviyyət məsələsi digər ictimai mövzular kimi araşdırılmalıdır. Əgər həzrətin zühuru ictimai zərurətdirsə, bu hadisə hökmən baş verəcək.

q) İmamın zühuru Allah tərəfindən müəyyənləşdirildiyi üçün bu zühur üçün məhz Allahın əmri olmalıdır.

Sualı verən şəxs şiə olduqda ona başqa şəkildə cavab verilir.

1. Həzrət ata-babalarından nəql olunan rəvayətlərdən xəbərdardır.

2. İmam möcüzə yolu ilə öz zühurundan xəbər tutar. Zühur vaxtı çatdığı vaxt Allah möcüzə göstərərək həzrəti xəbərdar edər. Bu ehtimala rəvayətlərdə işarə olunmuşdur:

Ravəndi nəql edir ki imam Kazim (ə) buyurmuşdur: “Həzrətin zühur vaxtı çatanda o bu məsələdən xəbər tutar. Bu batini elm ona nida edər: Ey Allahın vəlisi! Zühur et, Allah düşmənlərini qətlə yetir.” Həzrətin qılıncı var və bu qılınc zühur vaxtı qınından çıxıb ona nida edər: “Ey Allahın vəlisi, zühur et. Allahın düşmənlərini boşlamaq sənə halal deyil.”1

Səduq Müfəzzəl ibn Ömərdən nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, bizlərdən gizli bir imam var. Allah onu qeybdən çıxarmaq istədiyi vaxt qəlbinə əlamət qoyar...”2

Bir hədisdə həzrət Mehdinin (ə) belə buyurduğu nəql olunur: “Biz Əhli-beytin elmi üç növdür: Keçmişlə, gələcəklə və hadisə ilə bağlı elm. Keçmişlə bağlı elm təfsirdir. Gələcəklə bağlı elm saxlanmışdır. Hədis elmi qəlblərə və qulaqlara zümzümə çalmaqdır. Bu, bizim elmin ən üstünüdür...”3

3. Həzrət Mehdi (ə) ilahi zəkası ilə qeyb vaxtını bilər.

Qeyd edək ki, ikinci ehtimal rəvayətlərə və əqlə daha çox uyğundur.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin