Sual: 435. Həzrət ilk dəfə harad zühur edəcək?
Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, həzrətin ilk zühur məkanı rükn və məqam arasındadır. Süyuti nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mehdi (ə) Mədinədən Məkkəyə doğru xüruc edər. Xalq ondan öz aralarından xüruc etməsini istəyər. Həmin vaxt rükn və məqam arasında ona beyət edərlər...”
Şeyx Tusi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Qaimi sanki aşura, şənbə günü, rükn və məqam arasında dayanmış görürəm...”1
Sual: 436. Həzrət Mehdi (ə) zühurdan sonra nə edər?
Cavab: Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) zühurdan sonra rükn və məqam arasında xütbə oxuyar və xalqı beyətə dəvət edər. Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Qaim həmin gün Məkkədədir, Beytül-hərama sığınmışdır və oradan nida edər: “Еy insаnlаr!...”1
Məclisi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, o Məscidül-hərama doğru hərəkət edər, orada Məqame-İbrahimin yanında dörd rəkət namaz qılar, həcərül-əsvədə təkyə ilə Allaha həmd-səna deyər, peyğəmbəri yada salıb, ona salam göndərər. Həmin vaxt kimsədən eşidilməmiş sözlər buyurar...”2
Dostları ilə paylaş: |