Sual: 437. Həzrətə kim birinci beyət edər?
Cavab: Rəvayətlərə əsasən həzrətə ilkin beyət edən Cəbraildir.
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, həzrətə ilkin beyət edən Cəbraildir.”
Təbərsi nəql edir ki, Əbi-Əbdillah (ə) buyurmuşdur: “Allah-tәala Cəbraili göndərər ki, ondan soruşsun: “Nəyə dəvət edirsən?” Qaim ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: “Mən sənə beyət edən ilk kəsəm.” Sonra onun əlini əlinə alıb beyət edər...”3
Cəbrailin beyəti ilə bağlı iki ehtimal var:
1. Rəmzi məna: Cəbrailin beyəti Allahın təsdiqi mənasındadır. Çünki o Allahın ən böyük nümayəndəsidir.
2. Geniş yayılmış məna: Cəbrailin beyəti insanların xəlifəyə beyəti kimidir. Bunun iki faydası var: Xalqın diqqətini beyətin zəruriliyinə cəlb etmək; imamın hərəkət və qiyamının təsdiqi.
Dostları ilə paylaş: |