Sual: 442. Həzrət Mehdi (ə) qılınclamı qiyam edəcək?
Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrət qılıncla qiyam qaldıracaq. Bu baxış məqbul deyil. Çünki tək bir nəfər kütləvi qırğın silahlarına qarşı qılıncla dayana bilməz.
İmam Baqir (ə) buyurur: “Həzrət Mehdi (ə) babası peyğəmbərə qılıncla qiyamı, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi ilə oxşayır...”1 Maraqlıdır ki, hədisdə nəzərdə tutulan adi qılıncdır, yoxsa qılınc təbiri başqa bir şeyə işarədir?
Əvvəla, bir şəxsin qılınc və ilahi möcüzə ilə qiyam qaldırmasında nə nöqsan var?!
İkincisi, çox ehtimal ki, qılınc dedikdə güc nəzərdə tutulur.
Bu halda iki ehtimal yaranır. Həzrət ilahi möcüzə və mövcud silahlarla mübarizə aparacaq; həzrət nüvə mərkəzlərini möcüzə yolu ilə gücdən salacaq.
Üçüncüsü, bəzi rəvayətlərə əsasən, həzrətin səhabələrinin qılıncı bizim düşündüyümüz qılınc deyil. Nəzərdə tutulan qılınc dağı ikiyə bölməyə qadirdir. Bu elə bir qılıncdır ki, düşmən silahları onun qarşısında acizdir.
Dördüncüsü, həzrətin qələbəsi xalqın istiqbalı və düşmənlərin qorxusu ilə gerçəkləşə bilər. Qorxuya düşmüş düşmən silahını yerə qoyub qaçmağa üz tutar. Xüsusi ilə həzrətin möcüzələrini gördükdə anlayarlar ki, onunla mübarizə aparmaq mümkünsüzdür.
Beşincisi, kim bilir ki, həzrət Mehdinin (ə) dövründə bugünkü silahlar mövcud olacaq. Hansısa hadisələr nəticəsində bu gün mövcud olan silah anbarı məhv ola bilər.
Altıncısı, kütləvi qırğın cəhalət nəticəsidir. Əgər həzrətin zühuru dövründə ağıllar kamilləşəcəksə, kimsə qırğına əl atmayacaq.
Dostları ilə paylaş: |