Sual: 445. Şiə rəvayətlərinə əsasən qətllər nə vaxt baş verəcək?
Cavab: Əhli-beyt hədislərinə əsasən, zühurdan az öncə qanlı savaşlar olacaq. Xalq bu sayaq savaşlardan cana doyduğu üçün xilaskarın intizarını çəkəcək.
İmam Sadiq (ə) buyurur: “Xalqın üçdə ikisi məhv olmamış imamın qiyamı baş verməyəcək.” Ravi deyir: “Soruşdum ki, xalqın üçdə ikisi qırılacaqsa kim qalacaq? Həzrət buyurdu: “Məgər razı deyilsinizmi ki, siz salamat qalmış üçdə birdən olasınız?!”2
Zürarə deyir: “İmam Sadiqə (ə) ərz etdim ki, səma nidası həqiqətdirmi? Həzrət buyurdu: “Bəli, and olsun Allaha, hər bir qövm onu öz dilində eşidər. Xalqın onda doqquzu məhv olmayınca bu iş gerçəkləşməz.”3
Süleyman ibn Xalid deyir: İmam Sadiq (ə) buyurdu: “Qaimin qiyamından öncə iki növ ölüm baş verər: qırmızı ölüm və ağ ölüm. Nəhayət, hər yeddi nəfərdən beşi məhv olar. Qırmızı ölüm qılınc, ağ ölüm taunla gerçəkləşər.”1 Mənbələri araşdırdıqda belə bir qənaətə gəlirik ki, bu qırğınlar qiyamdan öncə baş verəsidir.
Qeyd etməliyik ki, ümumdünya ədalət hökumətinin bərpası kimi böyük bir hadisə az da olsa ölümsüz başa gələsi deyil. Amma başqa qiyamlarla müqayisədə bu ölümlər cüzidir.
Dostları ilə paylaş: |