Sual: 447. Həzrət Mehdi (ə) zalımlar və düşmənlərlə necə rəftar edəcək?
Cavab: Rəvayətlərə əsasən haqqı eşitmiş, amma inadkarlıq göstərib Allahın höccətini qəbul etməyənlər əsrin imamının qəzəbinə düçar olacaq.
İmam Sadiq (ə) buyurur: “Həmin vaxt Qaim zühur edər və Allahın bəndələrә qəzəb səbəbi olar. Allah Öz bəndələrindən höccəti inkar etməmiş intiqam almaz.”
Sual: 448. Həzrətin qətlə yetirdiklərinin çoxu müsəlmanlardır?
Cavab: Bəziləri deyirlər ki, bir çox qətllər İslam sərhədlərində baş verəcək. Müşrik və kafir haqdan daha uzaq olduğu halda nə üçün müsəlmanlar daha çox öldürülməlidir?
Əvvəla, müsəlmanların daha çox qətlə yetiriləcəyini bildirən mötəbər rəvayət yoxdur. Həzrət yalnız qarşısına çıxan maneələri aradan götürəsidir.
İkincisi, bəzilərinin həzrət və onun səhabələri tərəfindən qətlə yetiriləcəyi bildirilsə də, bu o demək deyil ki, digər cəmiyyətlərdə ölüm olmayacaq və həzrət kafirləri və müşrikləri öldürməyəcək.
Üçüncüsü, müsəlmanların daha çox qətlə yetiriləcəyini qəbul etsək belə, bu, məntiqdən uzaq deyil. Çünki bəzi rəvayətlərə əsasən, əksər küfr ölkələri İslama təslim olacaq və müsəlmanlar arasında islah aparılacaq. Müsəlmanlar haqqı daha çox bildiklərindən onlardan üzr qəbul olunmaz.
Həzrət Mehdinin (ə) qarşısına çıxan problemlərdən biri Allah dininin təhrif olunması, xoşagəlməz şəkilə salınmasıdır. Küfrlə mübarizə, yanlış əqidə ilə mübarizədən asandır. İmam Sadiq (ə) buyurur: “Həzrət Qaim elə insanlarla üzbəüz gələr ki, onlar Allah kitabını öz istədikləri kimi yazar və həzrətə qarşı çıxarlar.”1
Dostları ilə paylaş: |