Sual: 465. Həzrət Mehdiyә (ə) kimlər beyət edəcək?
Cavab: Cəbrail, həzrətin yaxın səhabələri, həzrətin ümumi səhabələri, Məkkədə olub onun dəvətini qəbul edənlər.
Sual: 466. İmam Mehdi öz səhabələri ilə hansı əsasda peyman bağlayar?
Cavab: Öz ətrafındakılardan əhd almaq imam Mehdinin (ə) proqramlarından və üsullarındandır. İlkin İslam hökuməti qurulduğu vaxtdan əhd və beyət almaq qayda olmuşdur. İlk dəfə İslam peyğəmbəri (s) belə bir üsulu tətbiq etmişdir.
Həzrət Əli (ə) buyurur: “Həqiqətən, Qaim öz yaxınları ilə peyman bağlayar, onlardan beyət alar...”2
Dostları ilə paylaş: |