Sual: 469. Həzrət Mehdinin (ə) səhabələrində hansı xüsusiyyətlər var?
Cavab: Rəvayətlərdə bildirilir ki, həzrət Mehdinin (ə) səhabələrinin özünəməxsus sifətləri var: İxlas, yəqin və istiqamət, həqiqi allahşünaslıq, gündüzlər şirlik, gecələr zahidlik, ilahi yardımdan faydalanma.
Sual: 470. 313 nəfər səhabə dünyanı necə ram edəcək?
Cavab: Əvvəla, həzrətin 313 nəfər sәhаbәsi və on minədək ümumi yardımçısı var.
İkincisi, həzrətin qələbəsi ilahi yardımlarla müşayiət olunur.
Üçüncüsü, həzrətin qələbə çalması Allahın qəti iradəsidir.
Dördüncüsü, əgər yalnız təbii amilləri nəzərə alsaq, yenə də bu qələbə mümkün sayılmalıdır. Çünki həzrət xüsusi bir şəraitdə zühur edəcək, həmin vaxt bəşəriyyət belə bir şəxsin intizarında olacaq.
Sual: 471. Həzrət Mehdinin (ə) nazirləri hansı zümrədəndir?
Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdi (ə) dövlətində nazirlər gənclərdən təşkil olunacaq. Onların kiçik bir hissəsi yaşlılar olacaq. Həzrət Əli (ə) buyurmuşdur: “Həqiqətən, Qaimin səhabələri gənclərdir...”1
Sual: 472. Əgər həzrətin yardımçıları əsasən şərqdəndirsə, geri qalmış şərq inkişaf etmiş qərbə necə qalib gələcək?
Cavab: Əvvəla, həzrətin yardımçıları müsəlmandır və əksər müsəlman məntəqələri şərqdə yerləşir.
İkincisi, həzrət Mehdi (ə) bütün mütərəqqi üsullardan və texnologiyalardan faydalanacaq.
Üçüncüsü, qərbi yalnız texnologiya baxımından şərqdən üstün sayırsınızsa, bilməlisiniz ki, həzrətin məqsədi təkcə maddi inkişaf deyil. Kim iddia edə bilər ki, qərb əxlaq və mədəniyyət baxımından şərqdən üstündür?!
Dostları ilə paylaş: |