Sual: 473. Həzrətin dövlət xadimləri kimlәrdir?
Cavab: Rəhbəri həzrət Mehdi (ə) olan hökumətin xadimləri ümmətin böyükləri və salehləridir.
Rəvayətlərdə bildirilir ki, həzrət İsa həzrət Mehdiyə (ə) deyər: “Həqiqətən, mən əmir yox, vəzir olaraq göndərilmişəm.”1
Başqa bir rəvayətdə bildirilir ki, həzrət İsa endiyi vaxt Kəhf səhabələri də onun yanında olacaq.”2 Həzrət Əli (ə) Həmdan qəbiləsinin bu dövlətdə xidmətini qeyd edir.3
Sual: 474. Bir bu qədər müsəlman arasında yalnız 313 nəfərmi həzrətə yoldaş olacaq?
Cavab: Əvvəla, rəvayətlərdə həzrətin yaxın səhabələrinin sifətləri zikr olunur. Yalnız bu sifətlərə malik olanlar həzrətə yaxın ola bilər.
İkincisi, qeyd olundu ki, həzrətin 313 nəfərdən əlavə on min nəfər civarında yardımçısı olar.
Üçüncüsü, 313 nəfər yardımçının olması zühur üçün yetərli amil yox, sadəcə şərtdir.
Dostları ilə paylaş: |