Sual: 481. Həzrət Mehdinin (ə) hökuməti digər hökumətlərə oxşayırmı?
Cavab: Qəti şəkildə iddia etmək olar ki, həzrət Mehdinin (ə) hökuməti dünyanın heç bir mövcud hökumətinə oxşamır:
Əvvəla, həzrət Mehdi (ə) öz zühur dövründə İslamı tam mənada ədalət hökuməti proqramı olaraq bərpa etməlidir. Bildiyimiz kimi, İslam proqramları dünyanın heç bir mövcud hökumətinin proqramı ilə oxşar deyil.
İkincisi, dünyanın mövcud hökumətləri zülm-sitəm üzərində qurulmuşdur. Demokratik hakimiyyətlərdә haqq-ədalətə yox, çoxluğun rəyinə əsaslanır. Bu quruluşlarda azlıqların haqqı pozulur. Ədalətsizliyin aradan qaldırılması Mehdi (ə) hökumətinin əsas məqsədlərindəndir.
Üçüncüsü, dünyanın bütün mövcud quruluşları maddiyyat üzərində qurulmuşdur və bu quruluşlarda ilahi dəyərlər əsas götürülməmişdir. Həzrət Mehdinin (ə) hakimiyyəti isə mənəviyyat, insanın Allahla rabitəsi, cisim və ruhun tərbiyəsi üzərində qurulmuşdur. Bu səbəbdən də həzrətin hökumətinin bütün qanunları ilahi qanunlar olacaq.
Dördüncüsü, İmam Mehdinin (ə) hökumətində bəşəriyyətin bütün maddi və mənəvi ehtiyacları nəzərə alınır. Bu səbəbdən də rəvayətdə bildirilir ki, bu dövlət son dövlətdir.2
Dostları ilə paylaş: |