Sual: 482. İmam Mehdi (ə) zalımlarla və ilahi hədlərin icrası üçün necə rəftar edəcək?
Cavab: İmam Mehdinin (ə) hökumətində sazişçilik yoxdur. Bu hökumətdə ilahi hökmlər qəti şəkildə icra olunar. Kimlərinsə qınağı və zoru nəzərə alınmaz və günahkarlar ciddi şəkildə cəzalandırılar.
İmam Baqir (ə) buyurur: “Qaim qiyam ... Ərəblərlə ciddi rəftar olunar, sözü qılınc deyər, ilahi qanunların icrasında kimsənin qınağı maneçilik törətməz.”2
İmam Kazim (ə) buyurur: “Allah-tәala bizim ailədən olan on ikinci imam üçün bütün çətinlikləri asanlaşdırar. Onun əli ilə hər bir zalım məhv edilər, hər bir azğın şeytan aradan götürülər.”3
Dostları ilə paylaş: |