Sual: 494. Həzrət Mehdi (ə) zühur etdikdən sonra Məscidul-həram və Məscidun-nəbini dəyişəcəkmi?
Cavab: Kuleyni və Müfid Əbu-Bəsirdən, Əbu-Bəsir isə imam Sadiqdən (ə) belə nəql edir: “Qaim qiyam edən vaxt Məscidül-həramı əvvəlki şəklinə salacaq, Məscidun-nəbiyə əvvəlki görkəmini qaytaracaq...”1
Əvvəla, bu rəvayət Şeyx Müfid, Kuleyni, Şeyx Tusi tərəfindən nəql olunsa da, mötəbər sənədə malik deyil və ona istinad etmək olmaz.
İkincisi, həzrət Mehdi (ə) şiə və sünnilərin etimad göstərdiyi şəxsdir. Şiələr onu həm də məsum sayır. Belə bir şəxsin edəcəyi iş kimsədə şəkk-şübhə yaratmamalıdır.
Üçüncüsü, rəvayəti düzgün saysaq, onu belə izah edə bilərik ki, zalım hakimlərin dövründə bu iki məscid haram pullarla zinətləndirilmişdir. Zülmün əsərlərini aradan götürmək üçün bu zinətlər ləğv edilə bilər.
Dördüncüsü, “Səhihi-Müslimdə” nəql olunmuş rəvayətə əsasən həzrət Peyğəmbər (s) Kəbə evini yenidən bina etmək istəmişdir. Amma insanlar İslamı təzəcə qəbul etdiyindən bu fikrindən daşınmışdır.
Dostları ilə paylaş: |