Sual: “Yeni kitab” nə deməkdir?
Cavab: Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “And olsun Allaha! Sanki Mehdinin (ə) rükn və məqam arasında xalqdan yeni kitabla beyət aldığını görürəm...”4 Bu təbirlə bağlı müxtəlif ehtimallar var:
1. Yeni bir Quranın gətirilməsi ehtimalı. Belə bir ehtimal batildir.
2. Həzrətin Quranı peyğəmbər dövründə olduğu şəkildə gətirməsi. Bugünkü Quran peyğəmbər tərəfindən tərtib olunduğu üçün bu ehtimal da qəbuledilməzdir.
3. Nəzərdə Əli ibn Əbi-Talib tərəfindən yazılmış Quran tutula bilər. Bu ehtimal həqiqətə daha çox yaxındır.
4. Yeni kitab dedikdə daha uca maarif və mahiyyət başa düşülə bilər. İmam ayələrin bu vaxtadək xalqa məlum olmayan yeni mənalarını açıqlaya bilər.
Dostları ilə paylaş: |