Sual: Rәcət şiəliyin zərurətlərindəndirmi?
Cavab: Bəzi şiə alimlərinin nəzərincə, rәcət məzhəb zəruriyyətlərindəndir. Şeyx Hürr Amili bildirir ki, bu əqidə bütün tanınmış şiə alimləri tərəfindən zərurət sayılmışdır. Mərhum Məclisi, Əllamə Təbatəbai də rәcətin zəruriliyini təsdiqləyir.3
Sual: Nə üçün mütəkəllimlər (kəlam alimləri) rәcət mövzusunu kəlam elmində açıqlayırlar?
Cavab: Bunun bir sıra səbəbləri var:
1. Rәcət bir çox rəvayətlərdə işarə olunmuş etiqadi həqiqətlərdəndir.
2. Rәcətin imamət məsələsi ilə rabitəsi var.
3. Rәcət qiyamət əlamətlərindən olduğu üçün əqidə mövzusu sayılır.
4. Rәcət məada etiqada zəmin yaradır.
5. Rәcətin mükafat və cəza məsələləri ilə də əlaqəsi var.
Dostları ilə paylaş: |