Sual: Rәcət etiqadı yəhudilərə aid deyilmi?
Cavab: Əhməd Əmin Misri deyir: “Yəhudilər öz rәcət etiqadları ilə şiələrə təsir göstərmişdir.”1
Əvvəla, İslamın vəzifəsi yəhudiliyi hər bir işə münasibətdə inkar etmək deyil. Həzrət Peyğəmbər (s) onlara xitabən buyurur: “Bu Quran sizdə olanı təsdiq edəndir.”2
Əhli-beytin rәcət mövzusunda nəql etdiyi rəvayətlər mütəvatir həddindədir.
Sual: Rәcət hədisləri yalnız şiələr tərəfindən nəql olunmuşdurmu?
Cavab: Bəzi sünnilər irad tuturlar ki, rәcət hədisləri yalnız şiələr tərəfindən nəql olunmuşdur.
Əvvəla şiələr bu rəvayətləri peyğəmbər Əhli-beytindən nəql edir. Bu xəbər Quran və hədislərdə təsdiqlənmişdir. Belə bir etiqad sünnə əhlinə də vacibdir.
İkincisi, rәcət hədislərinə sünni mənbələrində yer verilməməsinin səbəbi həmin dövrdə şiə imamlarının zühuru məsələsi ola bilər. İmamlar məhz haqları tapdandığından rәcət dövründə geri dönəsidir.
Sual: Rәcət tənasüx (ruhların bədənə qayıtması) kimi batil əqidəyə uyğun deyilmi?
Cavab: Tənasüx dedikdə ruhun bir bədəndən digərinə keçməsi başa düşülür. Rәcət isə bəzi ruhların müəyyən bir müddətə əvvəlki bədənə qayıtmasıdır.
Dostları ilə paylaş: |