Sual: 58. Xilaskarın intizarının hansı təsirləri var?
Cavab: İntizarın zəruriliyi və əhəmiyyətini müxtəlif baxımlardan araşdırmaq olar:
1. İntizar ümumdünyəvi bir hərəkat üçün hazırlıqdır. Belə bir hazırlıq dövrünə malik olmayan istənilən bir inqilab naqis və səmərəsizdir.
2. İntizarın əhəmiyyətindən danışarkən yalnız bunu qeyd etmək kifayətdir ki, düşmənlər onu öz istismarçı hökmranlıqları üçün təhlükə sayırlar. Mişel Foker və Kler Beryer Mehdi təfəkkürü ilə mübarizə haqqında danışarkən öncə imam Hüseynin (ə) qiyamını, sonra həzrət Mehdinin (ə) intizarını şiəliyin iki möhkəm sütunu kimi tanıtdırırlar. Teləviv konfransında Bernard Luis, Maykl Emci, Cenşer, Bronberq və Martin Kramer kimiləri bu məsələ üzərində ciddi dayanmışlar. Onlar şiələr haqqında danışarkən deyirlər: “Şiələr imam Hüseynin adı ilə qiyama başlayır, imam Mehdinin (ə) adı ilə qiyamlarını qoruyurlar.”1 Alman tədqiqatçısı Marvin deyir: “Şiələrə ümid verən mühüm ictimai məsələlərdən biri onların əsrin imamına etiqadları və bu imamın zühurunu gözləməlidir.”2
Rus tarixçisi Petruşevski bu barədə yazır: “13-cü əsrin qiyamlarını İranda bərpa edən Mehdi intizarına inam yetərincə uca bir məqamdır.”
3. İntizar dövrü fitnə-fəsad, problemlər dövrüdür. Belə bir dövrdə şiələrə ruh verən diri və hazır imamın İntizarına bağlılıqdır.
4. Çirkin sifətlərdən uzaqlıq, əxlaqi fəzilətlərin əldə olunması intizarın digər faydalarındandır. İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Qaimin (ə) (Mehdinin) yaxınlarından olmaq istəyən hər kəs intizar çəkməli, eyni zamanda pəhrizkar və əxlaqlı olmalıdır.”
5. Düşüncənin işə salınması və bəsirət intizarın nəticələrindəndir. Fitnə-fəsad insanları qəflətdə saxlamaqdan əlavə, cəmiyyətin düşüncəsində şəkk-şübhə yaradır. Yalnız həqiqi intizarda olan kəs yetkin agahlığa çatdığından oyaqdır və şübhələrə təslim olmur.
İmam Sadiq (ə) buyurmuşdur: “Xoş o insanların halına ki, bizim Qaimimizin (ə) qeybəti dövründə göstərişlərimizə əməl edir və nəticədə qəlbi hər növ batildən uzaq olur.”3
6. İntizar insanı əmələ sövq etdiyindən və cəmiyyəti hərəkətə gətirdiyindən şəriətin qorunmasında dəyərli bir amildir. İntizar fərdi və ictimai islah amilidir.
7. İntizar insanı əmələ sövq etdiyindən xilaskarın zühuru üçün zəmin yaradır.
Dostları ilə paylaş: |