Sual: 61. Hindu ayinlərində xilaskar kimdir?
Cavab: Hinduların müqəddəs kitablarında da xilaskarın zühuru haqqında müjdələr var. Bu kitablarda deyilir: “Dördüncü dövrün axırlarında yer əhli fəsada çəkilər və onların əksəri kafir olar. Onlar böyük günahlar edərlər və hakimləri alçaq bir şəxs olar. Həmin dövrün insanları bir-birini yırtan canavara bənzəyər. Kahinlər və din adamları yolunu azar, haqq oğruların əlinə düşər, təqvalı və zahid insanlar alçaldılar... Həmin vaxt “Brəhman Kəla”, yəni şücaətli bir dindar zühur edər və öz iti qılıncı ilə yer üzündə fəsadın kökünü kəsər. O pak insanları hifz edəcək.”1
Şakomuni kitabında deyilir: “Dünya hakimiyyəti aləmin yaranmışlarının ağası nəslindən olan böyük “Kəşnin” əlinə keçəcək. O şərq və qərb dağlarına hakim olacaq. Bütün ilahi dinlər bir dinlə əvəz olacaq. Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq.”2
Hindu kitablarından olan Vişn-cok kitabında yazılır: “Dünyanın sonunda hakimiyyət Allahı sevən və Onun xalis bəndələrindən olan bir şəxsin əlinə keçəcək. Onun adı Xoşbəxtdir.”3
Hindu kitablarından olan “Bask” kitabında yazılır: “Dünya həyatı adi bir şəxsin hakimiyyəti ilə tamamlanacaq. O, mələklərin, cin və insanların rəhbəridir. Haqq onunladır. O, suya, quruya, dağlara hakim olacaq. Göylərdə və yerdə olandan xəbər verəcək. Ondan böyüyü dünyaya gəlməmişdir.”4
“Upanişad” kitabında deyilir: “O, dünyanın axırlarında zühur edər. Ağ ata süvar olar, əlində yalın qılınc tutar. Quyruqlu ulduz tək işıq saçar. Bütün rəzil insanları həlak edər, yeni bir həyat qurar. Paklığı yer üzünə qaytarar.”5
Dostları ilə paylaş: |