Bismillahir-Rəhmanir-Rəhim


Sual: 67. Həzrət İsa yerə qayıdacaqmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə62/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   58   59   60   61   62   63   64   65   ...   410
Sual: 67. Həzrət İsa yerə qayıdacaqmı?

Cavab: Quran və İncilin buyuruqlarına əsasən səmaya qalxmış həzrət İsa tarixin sonunda yerə enəcək.

Yuhanna İncilində deyilir: “Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam.1

Quranda da həzrət İsanın qayıdışına işarə olunmuşdur:

1. “O (İsa) beşikdə və qoca vaxtında xalqla danışar.”2

Bildiyimiz kimi, həzrət İsa göyə qalxdığı vaxt onun 30 yaşı vardı. Onun qoca yaşında xalqla danışması səmadan enəcəyinə işarədir.

2. “Bütün məsihilər ölümündən qabaq ona (məsihə) iman gətirər və qiyamət günü (İsa) onlara şahid olar.”3

Ayədəki “bihi” və “məvtihi” əvəzlikləri həzrət İsaya işarədir. Ayədən aydın olur ki, həzrət İsa dünyanın axırlarında səmadan nazil olacaq və xalq ona iman gətirəcək.4

3. Həqiqətən, İsa qiyamət üçün aşkar bir əlamətdir. Ona şəkk etməyin.”5

Şiə və sünni rəvayətlərində də həzrət İsanın qaydışına işarə olunmuşdur:

Buxari həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “İmam aranızda olduğu halda Məryəm övladı yanınıza enən zaman nə edəcəksiniz?!”6

Şeyx Səduq Məhəmməd ibn Müslim Səqəfiyə istinad edərək imam Baqirin (ə) dilindən belə nəql edir: “Qaim (xilaskar) bizdəndir... İsa ibn Məryəm enib onun arxasında namaza duracaq”.7


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin