Sual: 68. Həzrət İsa haraya enəcək?
Cavab: Rəvayətlərdən məlum olur ki, həzrət İsa dünyanın axırlarında Dəməşq ərazisinə enəcək.
Təbərani həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “İsa ibn Məryəm Dəməşqdə bəyaz minarənin kənarında enəcək.”1
İbn-Kəsir deyir: “Dəccal (zalım hakim) meydana çıxar və həmin vaxt həzrət Məsih səmadan enər. O sübh namazı vaxtı Dəməşqdə bəyaz minarənin kənarında nazil olar.”2
Sual: 69. Məsihilər kimi xilaskar sayır?
Cavab: Həzrət İsa xalqa müjdə vermək üçün gəlmişdi. “İncil” yunan sözüdür və “xoş xəbər” mənasını bildirir. Bu müjdə ilahi bir qiyamdan, başqa sözlə, yer üzünə hakim olacaq tövhid hökumətindən danışırdı.
Müqəddəs kitabda oxuyuruq: “Bütün şəhərləri ilahi hökumətlə müjdələmək mənə vacibdir və mən bundan ötrü göndərilmişəm.”3
Mətta İncilində deyir: “Həzrət İsa bütün şəhərləri və kəndləri gəzirdi və xalqa təlim verir, onları müjdələyirdi.”4
Həzrət Məsihin kəlamlarında “insan övladı” təbiri tez-tez gözə dəyir. Mətta İncilində deyilir: “Burada olanların arasında elələri var ki, göyə çəkilən insan övladını görməyincə ölümü dadmazlar.”5
Kitabın başqa bir yerində deyilir: “Günəş şərqdən doğub hər yeri işıqlandırır. İnsan övladının gəlişi də belədir.”6
Eyni mənbədə oxuyuruq: “Hazır olun, onu gözləmədiyiniz saatda insan övladı gələcək.”7
“İnsan övladı” dedikdə nə nəzərdə tutulur? (Məsihilər bu ifadəni Həzrət Məsihə aid etmək istəyir. Amma bütün dəlillər uyğun təbirin həzrət Məsihə yox, həzrət Mehdiyә (ə) aid olduğunu göstərir:
a) Yuhәnna İncilində həzrət Məsihin dili ilə deyilir: “Mən əzəmət tələbində deyiləm. Onu tələb edən və hökm verəcək kəs var.”8
b) Mətta İncilində deyilənlərdən aydın olur ki, “insan övladı” Məsih deyil. Həmin şəxs dünyanın axırlarında zühur edəcək və İsa ibn Məryəm ona tabe olacaq.
Dostları ilə paylaş: |