Sual: 74. Əgər hər bir din xilaskarı öz ardıcılı sayırsa, bu ixtilaf necə həll ola bilər?
Cavab: Dünyanın xilaskarının kim olması barədə dinlər arasında fikir ayrılığı var. Hər kəs öz din başçısını həmin zühurun rəhbəri sayır. Əsas ixtilaflara nəzər salaq:
1. Səmavi müjdələr qeybi xəbər olduğundan hər bir dinin tərəfdarları təəssüb göstərərək xilaskarı öz dinlərinə aid edirlər.
2. Müxtəlif din və məktəblərin alimləri həzrət Mehdinin (ə) şəxsiyyətini tanımadıqlarından xilaskarın onlardan olacağını düşünürlər.
Bu ixtilafın qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir:
1. Müjdələrin və müqəddəs kitablarda xilaskarla bağlı bəyan olunmuş mötəbər kəlamların fərqləndirilməsi.
2. Ehtimallara yer vermədən xilaskarın müqəddəs kitablarda bəyan olunmuş sifətlərinin araşdırılması.
3. Tarixi həqiqətlərin araşdırılması və bu həqiqətlərin müqəddəs kitablarda qeyd olunmuş sifətlərlə müqayisəsi; bu yolla xilaskarın həqiqi sifətlərinin müəyyənləşdirilməsi.
4. Başqalarının da həqiqəti əldə etməsi üçün həzrət Mehdinin (ə) tanıtdırılması; müşahidə edirik ki, bəzi məsihilər xilaskarın İslam mənbələrindəki təsviri ilə tanış olduqdan sonra İslam və şiəliyə üz tutur, Məhdəviyyət mövzusunu qəbul edirlər. Belə nümunələrdən bəzilərini nəzərdən keçirək:
1. Qazi Sabati Məsihi – Bu şəxs həzrət Peyğəmbərin (s) uyğun mövzu ilə bağlı müjdəsini araşdırdıqdan, yəhudi və məsihilərin təfsirlərindəki ziddiyyətləri üzə çıxardıqdan sonra deyir: “Nəticə budur ki, nəzərdə tutulan şəxs İslamın tanıtdırdığı həzrət Mehdidir. Çünki uyğun mənbələrdə xilaskar haqqında belə deyilir: “O təkcə eşitməklə cəzalandırmır.” Bu məlumat müsəlmanların mövqeyi ilə uyğun gəlir. Onlar deyirlər ki: “Bu sifət həzrət Mehdinin (ə) xüsusiyyətlərindəndir.” İmamiyyə şiələrinin əqidəsi budur ki, xilaskar imam Həsən Əsgərinin (ə) övladıdır, hicri 255-ci ildə dünyaya gəlmişdir, anasının adı Nərcisdir. O sonradan qeybə çəkilər və bir gün Allahın izni ilə zühur edər. Bütün bunlar həqiqətə daha yaxındır.”1
2. Əllamə Məhəmməd Sadiq Fəxrul-İslam – Bu şəxs öncə məsihi olmuş, sonra uzun araşdırmalar aparıb müsəlmanlığın şiə məzhəbini qəbul etmişdir. O, yəhudi və məsihilərə qarşı yazdığı “Ənisul-İslam” kitabında bütün müjdələrin həzrət Mehdinin (ə) zühuruna aid olduğunu bildirir.
3. Əllamə Məhəmməd Riza Rizai – Bu şəxs öncə yəhudi olmuş, sonradan İslamı qəbul etmişdir. O, öz “Mənqule-Rizai” kitabında xilaskar müjdəsinin həzrət Mehdiyə (ə) aid olduğunu bildirir.
Dostları ilə paylaş: |