Sual: 77. Nə üçün İslam peyğəmbərinin dövründə ümumdünya tövhid hökuməti qurulmamışdır?
Cavab: Bəşəriyyət bir körpə kimi öncə təhsil almağa ehtiyaclıdır. Yetərincə məlumatlandıqdan sonra insan son təkamülə çata bilər.
Bu səbəbdən də ilahi rəhbərlər nəzərdə tutulan hədəfin həyata keçməsi üçün şərait yaranmamış dünya ədalət hökuməti ilə bağlı addım atmırlar. Bu onların yox, hələ ki hazırlıqsız cəmiyyətin nöqsanıdır.
Sual: 78. İslamın zühurundan sonra hüzur hadisəsi necə təsvir olundu?
Cavab: Bu sualı cavablandırmaq üçün öncə müqəddiməyə ehtiyac var:
1. İslam dini ümumdünya ədalət hökumətinin tarixin sonunda qurulması üçün ən kamil proqram təqdim edir. Çünki İslam son səmavi şəriətdir. Digər bir tərəfdən, İslam dini bütün dünyanı dəvət edir. İslamdan öncə bəşəriyyətin bu proqramı dərk etmək gücü yox idi. Bu səbəbdən də uyğun mövzu İslamın zühuru dövründə aktuallaşdı. İslam peyğəmbəri ümumdünya ədalət hökuməti haqqında yalnız bəşəriyyətin düşüncəsi yetkinləşdikdən sonra bəyanat verdi.
2. İslam peyğəmbəri, ondan sonrakı məsum imamlar və bir çox səhabələr zühur proqramı haqqında xalqa müjdə vermişlər. Çünki bu proqramın əsl icraçıları onlardır. Bu böyük şəxsiyyətlər var gücləri ilə çalışıb, xalqın düşüncəsini hazırlamaq üçün uyğun mövzunu müxtəlif yollarla sübuta yetirdilər. O cümlədən:
a) Ümumdünya ədalət hökumətinin qurulmasında əsas məqsədin bəyanı;
b) Bu hökumətin rəhbəri kimi İslam peyğəmbəri nəslindən olan məsum imamın tanıtdırılması;
v) Zühurdan öncə bütün yer üzünü bürüyəcək zülm-sitəm haqqında məlumat.
3. Xalqın hazırlanmasında həzrət Mehdinin (ə) özünün də xüsusi payı var. O da həzrət Peyğəmbər (s) və sair imamlar kimi bu məqsəd yolunda çalışmışdır. Xalqla təkrar-təkrar görüşməklə öz mövludu və varlığını sübuta yetirmiş, qeyb və zühur mövzularını tam şəkildə açıqlamışdır.
Dostları ilə paylaş: |