Sual: 81. Nə üçün sünni alimləri Buxari və Müslim Məhdəviyyət hədislərini öz kitablarında zikr etməmişlər?
Cavab: Sünnə əhlinin Məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. “Səhihe-Buxari” və “Səhihe-Müslim” mənbələrində Məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir.
Əhməd Əmin Misri deyir: “Səhihe-Buxari” və “Səhihe-Müslim” hədis kitablarında bu sayaq (Məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır. Amma digər hədis kitablarında uyğun hədislərə yer ayrılmışdır.”2
Bu sayaq iradlar şeyx Məhəmməd Əbu zöhrə, Səd Məhəmməd Həsən, Hüseyn Sai Liviyayi Məğribi, Seyyid Məhəmməd Rəşid Riza, Şeyx İbn-Məhmud kimi qərb yönümlü sünnə alimləri tərəfindən də irəli sürülmüşdür.
Digər sünni alimləri uyğun irada kəskin etiraz etmişdir.
Doktor Bəstəvi deyir: “Güman edirlər ki, Buxari və Müslim Məhdəviyyət hədislərini zəif sayaraq nəql etməmişlər. Bu yanlış gümandır. Çünki həmin iki kitab bütün hədisləri əhatə etmir və müəlliflərin belə bir iddiası olmamışdır.”3
Buxari deyir: “Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. Amma kitabımın həcminə görə nəql etmədiyim etibarlı hədislər də çoxdur.”4
Müslüm ibn Həccac, Quşeyri deyir: “Mən öz kitabımda bütün etibarlı hədisləri nəql etməmişəm. Məqsədim yalnız yığcam hədisləri zikr etmək olub.”5
Hakim Nişapuri deyir: “Buxari və Müslim iddia etmir ki, onların kitabında olmayan hədislər etibarsızdır.”6
İbn Qeyn Cəvziyyə deyir: “Məgər Buxari deyibmi ki, mənim kitabımda nəql olunmayan hədis batildir? Buxari öz kitabında nəql etmədiyi bir çox hədisləri də etibarlı saymışdır.”2
Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: “Etibarlı hədislər “Səhiheyn” kitablarında nəql olunduğu kimi başqa kitablarda da nəql olunmuşdur. Məsələn, “Muvta”, “Səhihe-ibn Xəzimə”, “Səhihe ibn Həbban”, “Müstədrəke-hakim”, “Cameye-Termizi”, “Sünəne-Əbu-Davud”, Sünəne-Nəsayi”, “Sünəne ibn-Mace”, “Sünəne-Dar Qutni, “Sünəne-Beyhəqi” kimi kitablarda “Səhiheyndə” olmayan bir çox etibarlı hədislər var”3
Buxari və Müslimin Məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər həzrət Mehdinin (ə) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn:
a) Dəccalın meydana çıxması – Buxari, xüsusi ilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir.4
İbn-Həcər Əsqəlani Abərridən nəql etməklə Dəccalın əhvalatını həzrət Mehdinin (ə) zühuru ilə əlaqələndirmişdir.5
b) İsa ibn Məryəm – Buxari Əbu-Hüreyrəyə istinadən nəql edir ki, peyğəmbər buyurmuşdur: “İmamınız aranızda olduğu halda Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?”6
Müslim də eyni məzmunda hədis nəql etmişdir.7
Bu rəvayətlərdə hәzrәt Mehdidən (ә) başqası nəzərdə tutula bilməz. Çünki “Səhihe-Buxarini” şərh edənlərin hamısı rəvayətdəki imam sözünün həzrət Mehdiyə (ə) işarə olduğunu bildirirlər.
v) Mal bəxşişi – Müslim Cabir ibn Əbdullah Ənsariyə istinadən nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar.”8
Digər rəvayətlərə müraciət etdikdə uyğun hədisdə həzrət Mehdinin (ə) nəzərdə tutulduğu məlum olur.
İbn Əbu Şeybə həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Fitnə-fəsad tüğyan etdiyi bir vaxt əhli-beytimdən bir şəxs zühur edəcək və onun ətası böyükdür.”1
q) Beyda əhvalatı – Müslim “Səhihdə” həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər.”2
Digər rəvayətlərə müraciət etdikdə məlum olur ki, Beyda məntəqəsində qoşunun yerə gömülməsi həzrət Mehdinin (ə) zühur əlamətlərindəndir.3
Dostları ilə paylaş: |